Drezdendə 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 22 yanvar (AZƏRTAC). Almaniyanın Saksoniya əyalətinin paytaxtı Drezdendə fəaliyyət göstərən Almaniya-Azərbaycan Cəmiyyətinin (Alm.Az) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan diasporunun nümayəndələri, Saksoniya parlamentinin üzvləri, Drezden şəhərində fəaliyyət göstərən Çexiya, Macarıstan, Qazaxıstan konsulluqlarının, həmçinin alman ictimaiyyətinin, yəhudi, Ukrayna, qazax icmalarının nümayəndələri iştirak etmişlər.
Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
“Alm.Az” Cəmiyyətinin sədri Ağahüseyn Babayev iştirakçılara 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən doktor Frau Veisgerber faciənin baş verdiyi günlərdə Azərbaycanın informasiya blokadasında olduğundan, bəzi qurumların bundan öz çirkin əməllərini ört basdır etmək üçün istifadə etdiyini və həqiqətin dünya ictimaiyyətindən gizlədildiyini bildirmişdir. F.Veisgerbe bu cəhdlərə baxmayaraq törədilən cinayətlərin foto, video sənədlərlə beynəlxalq aləmin diqqətinə çatdırıldığını qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]