DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN IX QURULTAYI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyulun 7-8-də Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Konqresinin IX qurultayı keçiriləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən (XÖYAİDK) bildirmişlər ki, qurultayda təşkilatın illik fəaliyyətinə dair hesabat dinləniləcək, nizamnaməsinə dəyişiklik olunacaqdır. Yeni nizamnaməyə görə, təşkilatın məclisi ləğv ediləcək və həmin funksiya İdarə Heyətinə veriləcəkdir. Bununla da İdarə Heyəti həm qanunverici, həm də icraedici funksiyanı yerinə yetirəcəkdir. DAK İdarə Heyətinin sədri həm də təşkilata rəhbərlik edəcəkdir. Təşkilatın digər rəhbər şəxsləri də İdarə Heyəti tərəfindən seçiləcəklər.
Tədbirdə XÖYAİDK-in sədri Nazim İbrahimov, Azərbaycan Milli Məclisinin deputatları, ziyalılar iştirak edəcəklər.
Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən DAK indiyədək 8 qurultay və bir neçə beynəlxalq tədbir keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]