Dünya Azərbaycanlılarının Həmrəylik Günü Tbilisidəki 64 saylı ictimai məktəbdə qeyd edilib
Tbiliis, 28 dekabr, AZƏRTAC
Tbilisidəki 64 saylı ictimai məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, ziyalılar, məktəblilər iştirak ediblər.
Səfirliyin müşaviri Eldar Bayramov çıxış edərək Həmrəylik Günü barədə məlumat verib, məktəbin kollektivini və şagirdləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Məktəbin müəllimi, “Ceyran” milli rəqs qrupunun rəhbəri Ceyran Qurbanova da məktəbliləri təbrik edib.
Sonra “Ceyran” rəqs qrupunun üzvləri Azərbaycan və gürcü milli rəqslərini ifa ediblər.
Məktəblilərin rəqs nümunələri alqışlarla qarşılanıb.
Sonda rəqqasələrə hədiyyələr təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi