Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş atletika üzrə turnir keçirilib
Bakı, 25 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş və Tofiq Karayevin mükafatı uğrunda “Dynamic new athletics” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, 2008-2011-ci il təvəllüdlü uşaqlar (U14) arasında keçirilən yarışda Bakı atletləri ilə yanaşı, 5 rayondan - Gəncə, Bərdə, İsmayıllı, Xızı, Astaradan da komandalar iştirak ediblər. Yekun nəticəyə görə, müxtəlif kateqoriyalar üzrə fərdi yarışlarda Kənan Bayramov, Dəmir Çobanzadə, Bahar Mustafayeva, Nihad Abbasov, Mehri Nadirova, Emilya İsgəndərova, estafet yarışlarında Oksana Cəlilova - Şahin Məmmədli, komanda yarışlarında Kənan Bayramov - Mehri Nadirova qalib adını qazanıblar.
Qalib və mükafatçılar medal, sertifikat və hədiyyə ilə təltif olunublar.