DÜNYA ÇEMPİONATI NATO TƏYYARƏLƏRİNİN MÜHAFİZƏSİ ALTINDA KEÇƏCƏK
Təyyarəçilərin birinci vəzifəsi iyunun 9-da çempionatın açılış mərasiminin və təntənəli proqramdan sonra başlanacaq yarışların ilk görüşünün (Almaniya-Kosta-Rika) təhlükəsizliyini təmin etməkdən ibarətdir.
Çempionat günlərində təyyarələr NATO-nun Avropadakı iki bazasından – Qaylenkirxendən (Almaniya) və Uoddinqtondan (Böyük Britaniya) qalxacaqdır.
AVAKS təyyarələrində radiodalğaları, o cümlədən aşağı tezlikli dalğaları 360 kilometrdən artıq məsafədə tutmağa qadir xüsusi radar quraşdırılmışdır. Əvvəllər onlar Turində keçirilmiş Qış Olimpiadası və Roma Papasının Polşaya səfəri kimi tədbirlərin mühafizəsinə cəlb edilmişdi.
Xatırladaq ki, dünya çempionatının təhlükəsizliyini yerdə təkcə polislər deyil, həm də yeddi min əsgər, o cümlədən bioterrorizmlə mübarizə üzrə xüsusi bölmə təmin edəcəklər. Bundan başqa, Almaniyaya digər ölkələrdən, o cümlədən Böyük Britaniyadan da polislər gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]