Dünya çempionatında iştirak edəcək yeniyetmə sərbəst güləşçilərimiz müəyyənləşib
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 19-dan 25-dək Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, mundialın ilk 3 günündə sərbəst güləş üzrə yarışlar baş tutacaq. Çempionatda ölkəmizi təmsil edəcək millimiz iyulun 17-də Budapeştə yollanıb. Heyətdə böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Yusif İsparov (45 kq), Hacı Kərimov (48 kq), Elman Məmmədov (51 kq), Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ağanəzər Novruzov (65 kq), İlkin Ağayev (71 kq), Səttərxan Allahverdili (80 kq), Yusif Dursunov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıblar.
Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]