DÜNYA ÇEMPİONATINI KLAUDİA ŞİFFER VƏ PELE AÇACAQLAR
Pele və Şiffer Dünya kubokunu iyunun 9-da Almaniya–Kosta-Rika açılış görüşündən əvvəl Münxenin “Allyants Arena” stadionunun meydanına çıxaracaqlar. Yeri gəlmişkən, Şiffer Almaniyaya qarşıdakı dünya çempionatının sahibi olmaq hüququnu qazanmaqda kömək göstərmişdir. O, çempionatı keçirməyə namizədliyini irəli sürmüş ölkələrin təqdimatında Gerhard Şröderi (o vaxt federal kansler idi) müşayiət etmişdir.
Açılış mərasimi ilə bağlı FİFA prezidenti Zepp Blatter ilə çempionatın Təşkilat Komitəsinin başçısı Frans Bekkenbauer arasında kiçik bir münaqişə baş vermişdir. Mərasimdə təntənəli nitqlə çıxış etmək hüququnu məmurlardan heç biri o birinə güzəştə getmək istəməmişdir. Nəticədə bu şərəfli vəzifə Almaniyanın federal Prezidenti Horst Kölerə həvalə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]