İDMAN
Dünya çempionatının sonuncu günündə daha dörd sərbəst güləşçimiz yarışacaq
Bakı, 26 avqust, AZƏRTAC
Parisdə güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə - avqustun 26-da 65, 70, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulur.
Azərbaycan idmançılarından xalça üzərinə Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov (74 kq) və Aslanbek Alborov (97 kq) çıxacaqlar.
Mübarizəyə 1/16 final mərhələsindən qoşulan Ağahüseyn Mustafayev (“D” xalçası) monqolustanlı Lxanqarma Narmandax, Hacımurad Ömərov (“A” xalçası) Yaponiya güləşçisi Yuhi Fucinami ilə görüşəcəklər. Cəbrayıl Həsənov “A” xalçasında qazaxıstanlı Qalimjan Usserbayev, Aslanbek Alborov isə “D” xalçasında Türkiyə pəhləvanı Riza Yıldırım ilə üz-üzə gələcəklər.