DÜNYA ÇEMPİONUNUN QIZIL MEDALI MOK-UN 10 İLLİYİNƏ LAYİQLİ TÖHFƏSİDİR
İdmanımızın inkişafına göstərilən dövlət qayğısı bizə daha bir möhtəşəm qələbənin sevincini yaşamaq imkanı vermişdir. Gənc idmançımız Nizami Paşayev Azərbaycan ağır atletikasının tarixində ilk dəfə olaraq dünya çempionu adı qazanmışdır. O, özünün bu qələbəsini Milli Olimpiya Komitəsinin 10 illiyinə layiqli töhfə kimi qiymətləndirmişdir.
Ağır atletika üzrə dünya çempionatında iştirak edən komandamız noyabrın 27-də Varşavadan Vətənə qayıtmışdır. Binə hava limanında idmançılarımız təntənəli şəraitdə qarşılanmışdır.
Dünya çempionu N.Paşayev AZƏRTAC-ın müxbirinin sualına cavab verərək, idmançılara daimi qayğıya görə MOK-un prezidenti İlham Əliyevə təşəkkürnü bildirdi. O dedi ki, MOK başçısının rəhbərliyi ilə ölkəmizdə idmançılara hər cür şərait yaradılmışdır. Nizami Paşayev gələcək planlarından danışaraq bildirdi ki, qarşıdakı dünya çempionatında da qələbə qazanmağa çalışacaq, 2004-cü ilin Olimpiya oyunlarında iştirak etmək hüququ verən lisenziya uğrunda da mübarizə aparacaqdır.
Ağır atletika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Əvsət Əvsətov isə qeyd etdi ki, son illər respublikada MOK prezidentinin təşəbbüsü ilə tikilmiş idman qurğuları dünya standartlarına cavab verir. Baş məşqçi daha sonra dedi: “İndi söz idmançılarındır. Onlar Vətənimizin bayrağını yarışlarda Nizami Paşayev kimi yüksəyə qaldırmalıdırlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]