Dünya Qadın Seriyası: "Neftçi"nin final mərhələsindəki rəqibləri müəyyənləşib
Bakı, 12 sentyabr, AZƏRTAC
16-17 sentyabrda Monqolustanın paytaxtı Ulan-Batorda 8 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsi baş tutacaq.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, təmsilçimiz “Neftçi” B qrupunda Çin, ABŞ millisi və "Yuanda" (Çin) klubu ilə üz-üzə gələcək.
Bakı klubu qrupda ilk oyununu sentyabrın 16-sı, Bakı vaxtı ilə saat 12:15 -də ABŞ yığmasına qarşı keçirəcək. İkinci görüş saat 14:05-də Çin millisi, sonuncu qarşılaşma isə saat 15:05-də "Yuanda" klubu ilə olacaq.
Qeyd edək ki, qruplarda ilk pilləni tutan komandalar yarımfinala, ikinci və üçüncü sıranın sahibləri isə "play-in" mərhələsinə vəsiqə qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]