Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya təsviri sənətində məşhur qadın obrazları

Bakı, 8 mart, AZƏRTAC

Qadın obrazı təsviri sənətdə ən qədim və ən çox müraciət olunan motivlərdən biridir. Qadınları əks etdirən məşhur rəsmlər sənət dünyasına və populyar mədəniyyətə dərin təsir göstərmiş, onlara muzey auditoriyasından xeyli kənara çıxan geniş şöhrət qazandırmışdır. Bu gün biz, müxtəlif dövrlərdə yaradılan və fərqli sosial təbəqələr arasında məşhurlaşmış, qadınlara həsr olunmuş ən məşhur rəsmləri nəzərdən keçiririk.

Bu fikirlər Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Kəmalə Mustafayevanın AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

1480-ci illərin ortalarında Sandro Botticelli qədim dövrlərdən sonra ilk qeyri-dini çılpaq qadın təsvirini yaradaraq sənət aləmində inqilab etmişdi. Onun məşhur “Veneranın doğuluşu” əsəri antik idealın yenidən dirçəlişini simvolizə edir. Rəssam həm süjeti, həm də kompozisiya elementlərini qədim Yunanıstandan götürmüşdür. Sandro Botticellinin “Veneranın doğuluşu” əsəri sevgi ilahəsi Veneranı dənizdən yetkin qadın kimi çıxarkən təsvir edir. Bu məşhur əsər qədim yunan yazıçılarının Veneranı həm fiziki sevgini simvolizə edən yerüstü fiqur, həm də insanın mənəvi sevgisini ilhamlandıran səmavi ilahə kimi təqdim etməsi ideyasını əks etdirir. Əsər böyük ehtimalla Medici ailəsi üçün sifariş olunmuşdu. Kətan üzərində çəkilmişdir – bu ölçüdə əsərlərin çoxu o dövrdə taxta paneldə işlənirdi. Veneranın fiquru anatomik baxımdan tam real deyil – boyun və bədən proporsiyaları uzadılıb. Bu, estetik ideal yaratmaq məqsədi daşıyırdı. Əsər hazırda Uffizi Gallery kolleksiyasındadır.

Leonardo da Vinçi – “Mona Liza” (1503–1506, bəlkə 1517-yə qədər) qadın portretinin inkişafında yeni mərhələ oldu. O dövrdə yenilik sayılan yağlı boya texnikasından və özünəməxsus kölgələmə üsulu – sfumato – istifadə edən Leonardo da Vinçi yeni realizm səviyyəsinə nail oldu və sonrakı İtalyan renessans rəssamlarına böyük təsir göstərdi. Bu texnika sayəsində "Mona Liza" nın dərisi hamar, baxışları ifadəli, sirli təbəssümü isə əsrlərdir tamaşaçıları valeh edir.

Leonardo da Vinçinin “Mona Liza” əsəri yarımfiqurlu klassik renessans portretidir və uzaq landşaft fonunda təqdim olunur. Onun saç və geyimindəki əyri xətlər arxa plandakı dağ və çaylarla təkrarlanaraq insanla təbiət arasındakı əlaqəni göstərir. Leonardo əsəri sifarişçiyə təhvil verməmiş, ömrünün sonuna qədər özü ilə saxlamışdı. 1911-ci ildə rəsm Luvrdan oğurlanmış, iki il sonra tapılmışdır. Məhz bu hadisə onun dünya şöhrətini daha da artırdı. Hazırda əsər "Louvre Museum" də qorunur və xüsusi şüşə arxasında saxlanılır.

Yohannes Vermeer – “Mirvari sırğalı qız” (təxminən 1665) əsəri tez-tez “Holland Mona Lizası” adlandırılır. Rəsm işıq və kölgə oyununu ustalıqla əks etdirir və mirvari sırğa əsas diqqət mərkəzidir. Bu əsər portret deyil, “tronie” adlanan janrdadır (xarakter və ifadə araşdırması). Mirvari sırğa əslində tam detallı çəkilməyib – bir neçə işıq ləkəsi ilə təsvir olunub. Bəzi tədqiqatçıların fikrincə, bu heç sırğa deyil, işıq fokusudur. 1994-cü ildə geniş bərpa olunmuşdur. Əsər Niderlandda Mauritshuis muzeyində saxlanılır.

Eduard Manet – “Olimpiya” (1863) əsəri 1865-ci ildə Paris Salonunda nümayiş etdirilərkən güclü tənqid və etirazlara səbəb olmuşdu, Paris ictimaiyyətində qalmaqal yaratmışdı. Çünki bu əsər yüngül əxlaqlı qadını idealizə etmədən, real və insaniləşdirilmiş şəkildə göstərirdi. Qadının tamaşaçıya birbaşa baxışı isə o dövr üçün olduqca cəsarətli idi. Kompozisiya Titianın “Venus of Urbino” əsərinə istinad edir. Hazırda "Musee d'Orsay" kolleksiyasındadır.

Ceyms Makneyl Vistler – “Vistlerin Anası” 1871-ci ildə çəkilmiş “Boz və Qara Rəngdə Kompozisiya No.1” (daha çox “Vistlerin Anası” kimi tanınır) həm orijinal adı, həm də qeyri-adi kompozisiyası ilə diqqət çəkir. Ceyms Makneyl Vistler əsərlərinə musiqi terminləri ilə ad verməyi sevirdi və onları dominant rənglərə görə adlandırırdı. Sadə və təmiz kompozisiya isə tamaşaçıya hər baxışda fərqli emosional çalarlar görməyə imkan verir. Model rəssamın öz anası Anna Makneyl Vistler idi. Əsər əvvəlcə Kral Akademiyası tərəfindən rədd edilmişdi. Rəsm minimalizmə yaxın kompozisiyası ilə dövrü üçün fərqli idi.

XX əsrin əvvəllərində iki Vyana rəssamı – Qustav Klimt və Eqon Şile qadın formasını yeni səviyyəyə qaldırdılar. Qustav Klimt – “Adel Blox-Bauerin Portreti I” (1907) qadın fiqurlarını qızılı fonla əhatə edərək Avropaya Misir sənətinin elementlərini gətirdi və Art Nouveau hərəkatının öncüllərindən biri oldu. Qustav Klimtin bu əsəri onun “Qızıl dövrü”nə aiddir və real qızıl yarpaqlarla işlənmiş möhtəşəm kompozisiyasıdır. 2006-cı ildə rekord qiymətə satılmış və Neue Galerie kolleksiyasına daxil edilmişdir.

Onun bir qədər deformasiya olunmuş pozalı qadın təsvirləri şagirdi Eqon Şile tərəfindən davam etdirildi. Şile isə öz emosional üslubu ilə qadın rəsmlərinə fərqli çalar qatdı. Eqon Şilenin “Edit, Rəssamın Həyat Yoldaşı” portreti (1915) incə və emosional təsviri ilə seçilir. Edit Şilenin həyat yoldaşı idi və onun bir çox əsərlərində model olub. Şile fiqurları qəsdən uzadılmış və emosional şəkildə təsvir edirdi.

Pablo Pikassonun “Dora Maarın Portreti” (1937) kubizm üslubunda çəkilmiş, təhrif olunmuş formalar və canlı rənglərlə işlənmişdir. Dora Maar peşəkar fotoqraf idi. Pikasso onu çoxsaylı versiyalarda təsvir etmişdir. 1937-ci il Pikassonun yaradıcılığında ən məhsuldar illərdən biri sayılır.

Frida Kahlonun primitiv üslubda çəkilmiş avtoportretləri xalq və sadə sənət elementlərini, eyni zamanda feminist yanaşmanı özündə birləşdirir. O, qadın bədənini və ruhunu açıq və kompromissiz şəkildə təsvir edirdi. Frida demişdi: “Mən öz reallığımı çəkirəm. Bildiyim tək şey budur ki, çəkməyə ehtiyac duyduğum üçün çəkirəm və heç bir başqa düşüncə olmadan ağlımdan keçəni təsvir edirəm.

Frida Kahlonun “Tikanlı Boyunbağı və Kolibri ilə Avtoportret” (1940) əsərində meymunlar və kolibri kimi simvolik elementlər yer alır. Əsər Nyu-Yorkda sərgilənmişdi. Kahlo həyatında 50-dən çox avtoportret çəkmişdir. Rəsm hazırda Harry Ransom Center kolleksiyasındadır.

Nəhayət, Endi Uorhol cəmiyyətin məşhurlara olan obsesiyasını təsvir edirdi. Onun Merilin Monronu əks etdirən əsərləri parlaq şöhrət ideyasından çox, məşhurluğun qaranlıq və amansız tərəfini vurğulayır. Endi Uorholun “Shot Blue Marilyn” (1964) əsəri Merilin Monronun ölümündən sonra yaradılıb və Amerika mədəniyyətinin həm parlaq, həm də qaranlıq tərəfini simvolizə edən ikonaya çevrilmişdir. Əsər seriqrafiya (silkscreen) texnikasında hazırlanıb.

“Shot” adı 1964-cü ildə studiyada baş vermiş real atəş hadisəsindən gəlir. Studiaya daxil olaraq, əsərə atəş açılır və güllə izi qalır əsərdə və bu əsər 2022-ci ildə hərracda XX əsr sənəti üzrə rekord qiymətə satılmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert