Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyada bənzəri olmayan təbii şəfa mənbəyi – Duzdağ Fizioterapiya Mərkəzi

Naxçıvan, 27 may, AZƏRTAC

Duzdağ Fizioterapiya Mərkəzi barədə çoxdan idi ki, reportaj hazırlamaq istəyirdim. Bu məqsədlə bir gün bu şəfa ocağında qalmaq, dünyada, demək olar ki, bənzəri olmayan mərkəzin həkim heyəti və burada müalicə alan xəstələrlə görüşüb, onlarla söhbət etmək niyyətində idim. Nəhayət, ötən günlərdə Duzdağ Fizioterapiya Mərkəzinə gedə bildim...

Soraqlaşıb öyrəndim ki, hər gün saat 17:00, 18:00 və 18:30-da Naxçıvan şəhərindən mərkəzə, oradan isə hər səhər saat 7:00, 8:00 və 8:30-da Naxçıvan şəhərinə avtobus marşrutları hərəkət edir. Marşrutun keçdiyi yerləri və dayanacaqlarını da öyrəndim. Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan şəhərindəki avtovağzalın, Əliabad qəsəbəsinin yaxınlıqlarındakı dayanacaqlardan avtobusa minib şəfa ocağına getmək olar. Saat 17:00-da hərəkət edən nəqliyyat vasitəsini seçdim. Avtovağzalın yanındakı dayanacaqda gözlədim. Bir azdan üzərində “Duzdağ” yazılan avtobus gəldi. Saata baxdım. Tam vaxtında gəlmişdi. Təəccüblənmədim. Çünki bu gün muxtar respublikanın sakinləri hər şeyin tam vaxtında olmasını artıq gündəlik yaşam tərzi kimi qəbul ediblər. Xarici qonaqlarımızın dili ilə desək, bu gün muxtar respublikada bütün işlər alman dəqiqliyi ilə aparılır, lazımi addımlar vaxtında atılır. Səmimi desək, bu işlər ancaq tanınmış Avropa ölkələrində belə olur.

Bəlkə də ona görə buraya qonaq gələn həmkarlarımın bəziləri muxtar respublikaya “kiçik Avropa” deyirlər. Təbii ki, Naxçıvan şəhərinin və muxtar respublikanın bütün yaşayış məntəqələrinin abadlaşdırılması, hər tərəfin gül-çiçəyə qərq olması, təmizlik, səliqə-sahman və digər mühüm amillər də bu qənaətə gəlməyə əsas verir... Deyəsən, mətləbdən çox uzaqlaşdım...

Avtobusda ətrafa göz gəzdirdim və düşündüm ki, elə buradaca mərkəzdə müalicə alan xəstələrlə söhbət edim, təəssüratlarını öyrənim. Yanımda əyləşən 56 yaşlı Kazım Kərimovla söhbətə başladım. Öyrəndim ki, Kazım müəllim Ağstafa rayonunun Mollacəfərli kəndindən gəlib. İkinci dəfədir, Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu qəbul edir. Onun sözlərinə görə, keçən il bu vaxtı çox ağır vəziyyətdə idi, nəfəs ala bilmirdi. Mərkəzdə üç gün qaldıqdan sonra bu problemdən xilas olub. Müalicədən sonra bir il özünü tam gümrah, sağlam hiss edib. Həkim məsləhəti ilə bu il yenə Duzdağa müalicəyə gəlib. Kazım Kərimov buranı həm şəfa ocağı, həm də ziyarətgah hesab edir. Onun fikrincə, əgər yüzlərlə insan burada şəfa tapırsa, onda ora bəşəriyyətin ziyarətgahı hesab edilə bilər. Duzdağ Fizioterapiya Mərkəzi də məhz belə bir məkandır.

Yol abad, söhbət şirin olduğuna görə, bir də baxdıq ki, mənzil başına çatmışıq. Avtobusdan düşdük. Budur, Duzdağ Fizioterapiya Mərkəzindəyik. Azərbaycanın qədim diyarı Naxçıvanın rəmzlərindən biri olan və təbii ehtiyatları 90 milyon ton təşkil edən nadir duz mağarasının şəfaverici xüsusiyyətinin aşkar olunması, həqiqətən də, bu gün minlərlə insanın ümid yerinə çevrilib. Astma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzidir.

Duzdağ Fizioterapiya Mərkəzinin girişində qarşılaşdığımız baş həkim Ruslan Süleymanovla salamlaşırıq və bu barədə söhbət edirik. Ruslan həkim deyir ki, son vaxtlar şəfa ocağına müraciət edənlərin sayı xeyli artıb. Bu da səbəbsiz deyil. Çünki mərkəzdə bu gün çox geniş yayılmış tənəffüs yollarının qeyri-spesifik xəstəlikləri - allergik rinit, pollinoz, astmanın atopik, həmçinin infeksion allergik forması, eləcə də xroniki bronxitin müxtəlif formaları müalicə olunur.

Bu il ərzində 600-dək xəstə mərkəzə müraciət edib, onların 40 nəfəri xarici ölkə vətəndaşıdır. Onlar arasında Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə, İran, Fransa, Finlandiya, Çin, Gürcüstan, İsveçrə və digər ölkələrdən gələn xəstələr var. Baş həkim bildirir ki, Mərkəz 350 xəstəni eyni vaxtda qəbul edə bilər: "Bizim çatışmayan heç nəyimiz yoxdur. Üç maşınımız var. Onlardan ikisi sanitar maşın, biri isə avtobusdur. Həmçinin xəstələrin muxtar respublikamızın gəzməli-görməli yerlərini, tarixi abidələrini, muzeylərini gəzmələri üçün həftənin 2-ci, 5-ci günləri Naxçıvan şəhərinə, eləcə də muxtar respublikanın rayonlarına ekskursiyalar təşkil edirik”.

Ruslan həkimin sözlərinə görə, mərkəzdə spleoterapiya Ukraynanın Ujqorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Xəstələr əvvəlcə 2-3 gün xəstəxana ərazisinə adaptasiya olunurlar. Bundan sonra axşam saat 18:00-dan səhər saat 8:00-dək böyüklər 16-20 seans, uşaqlar isə 10-15 seans yeraltı şöbədə olurlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 70-75 faiz, uşaqlarda isə 90-95 faiz yaxşılaşma qeydə alınır. Böyüklərdə müalicə effektinin 75 faizə yaxın olmasının səbəbi budur ki, onlarda uzun müddət davam edən xəstəliyin təsiri nəticəsində orqanizmdə bəzi fəsadlar ortaya çıxır. Belə olan halda xəstəlik sağalsa belə, həmin fəsadlar bir müddət özünü göstərir. Xəstələr şaxtada qalmaqla bərabər, lazım gələrsə, bəzi dərman preparatları, fizioprosedurlar alırlar, müalicəvi bədən tərbiyəsinə cəlb olunurlar.

Maraqlı məqam ondan ibarətdir ki, əgər müalicə olunan xəstə altı aydan və ya 1 ildən sonra təkrar müalicəyə gəlməsə, onda xəstəliyin kəskinləşməsi müşahidə edilir. Ona görə də birinci dəfədən xəstəliyin əlamətlərinin 100 faiz yox olması heç kəsi aldatmasın. Yəni səhlənkarlığa yol vermək olmaz. Müalicəni həkimin müəyyən etdiyi müddətdə aparmaq zəruridir. Uşaqlarda müalicə başladıqdan sonra 5-6 gündən, böyüklərdə isə 13-14 gündən sonra yaxşılaşma müşahidə olunur. Ola bilsin ki, yaxşılaşma 1 ay sonra özünü göstərsin. Əsas odur ki, bu günədək müalicə müddətində xəstələr gündən-günə özlərini daha da yaxşı hiss edirlər. Xəstəliyin ağırlaşma halı isə indiyədək qeydə alınmayıb.

Xəstələrlə söhbət etmək üçün Ruslan həkimdən xahiş edirəm ki, onların palatalarında bir gecə qalmağıma icazə versin.

Fizioterapiya Mərkəzinin yeraltı hissəsini gəzirəm. Burada işıqlandırma sistemi yüksək səviyyədə qurulub. Mağaraya daxil olan kimi duzun spesifik qoxusunu hiss edirsən. Sanki birdən-birə nəfəsalma asanlaşır. Yeraltı hissədə iki qadın, iki kişi, bir uşaq palatası var. Buradakı duz qatının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri - bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir.

Onu da deyək ki, Polşanın Krakov şəhərində, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində, o cümlədən Qırğızıstanda da duz şaxtası var. Ancaq Naxçıvandakı Duzdağ öz müalicəvi əhəmiyyətinə görə digərlərindən bir neçə cəhətdən üstündür. Məsələn, bunlar arasında ən yaxşı müalicə ocağı kimi tanınan Ukraynadakı xəstəxana 206 metr yerin dərinliyində yerləşdiyindən xəstələr buraya liftlə enməli olurlar. Bu isə təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarır. Bu şaxtada rütubətin, partlayıcı gücə malik metan kimi zəhərləyici qazların normadan çox olması öz təsirini göstərir. Naxçıvandakı şaxtalar isə dağın altında horizontal şəkildə yerləşdiyindən bu kimi halların baş verməsi mümkün deyildir. Burada temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Buraya gələn xəstələrin, təxminən, 300 metr məsafəni qət etməsi isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır.

Şaxtadakı skamyalarda əyləşən xarici ölkə vətəndaşlarına yaxınlaşıram. Məlum olur ki, onlar Moskva şəhərindən gələn Piliyevlər ailəsidir. Albert Timuroviç, Lipiya Safarbekovna və Madina Sultanovna burada onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə edirlər, xidmətin yüksək səviyyədə olduğunu bildirirlər. “Duzdağ” otelində qaldıqlarını deyən qonaqlar qeyd edirlər ki, müalicə onlara çox yaxşı təsir göstərir, qısa zamanda səhhətlərində müsbət dəyişikliklər hiss ediblər.

Moldovadan Raisa Antonovna və Rozvan Nikolyeviç, Özbəkistandan Nanə Əsgərova, Tacikistandan Dilrabo Yunusova, Türkiyədən Emine Özdemir, İrandan Mansor Amin və Mohsan Morofarizadə, Gürcüstandan Diləfruz Qurbanova da Duzdağ Fizioterapiya Mərkəzində aldıqları müalicənin müsbət nəticələrindən və qədim Naxçıvanın onları heyran etməsindən danışırlar. Bildirirlər ki, ölkələrində xəstəliklərinin sağalması üçün çox çalışıblar, ancaq xeyri olmayıb. Duzdağda isə elə bil gözəgörünməz bir qüvvə insana hər gün şəfa verir. Artıq onlar özlərini tam sağlam hiss edirlər. Ona görə də bu şəraiti yaradanlara dərin minnətdarlıqlarını bildirirlər.

Azərbaycanın müxtəlif rayonlarından gələn xəstələrlə də söhbət edirəm. Bəxtiyar Mustafayev Bərdə rayonundan gəlib, 40 yaşı var. Deyir ki, astma xəstəliyinə görə o, əvvəllər müxtəlif müalicə üsullarından istifadə edib. Ancaq heç bir təsiri olmayıb. Əksinə, bəzən xəstəliyi daha da ağırlaşıb. İlk dəfə 2014-cü ildə bura gəlib və həmin il artıq dərmanlardan istifadə etməyə ehtiyac qalmayıb. Həkim məsləhəti ilə ötən il və bu il növbəti müalicə kursları keçib. İndi özünü çox yaxşı hiss edir.

Balakən rayonundan Gülarə Xanlayeva bildirir ki, o, astma xəstəliyindən 20 ildir əziyyət çəkirdi: “Oğlum, sözün açığı, bu yaşda bir daha sağalacağıma inamım qalmamışdı. Bəzən eşidirdim ki, Naxçıvanda belə bir müalicə mərkəzi var. Ancaq o qədər ümidimi itirmişdim ki, buna da inanmaq istəmirdim. Nəhayət, qohumlarımın təkidi ilə Naxçıvana gəldim. Duzdağ Fizioterapiya Mərkəzinə üz tutdum. Burada məni gülərüzlə qarşıladılar, müalicə olunmağım üçün hər cür şərait yaratdılar. 5-6 gündən sonra xeyli yaxşılaşdığımı hiss etdim. İndi isə lap yaxşıyam. Çox sağ olsunlar. Qurub-yaradanlar var olsunlar”.

Bu zaman söhbətə əslən Qubadlıdan olan və hazırda Sumqayıt şəhərində yaşayan Murad İmaməliyev qoşulur. O deyir: “Mən də 10 ildir, xəstəyəm. Bura ilk dəfədir ki, gəlirəm. Elə ilk günlərdən səhhətimdə dəyişiklik hiss etdim. Əvvəllər nəfəs ala bilmirdim, boğulurdum. Belə olanda hərəkət də edə bilmirdim. Sanki iflic olurdum. Dərmanlar isə çox da fayda vermirdi. Müvəqqəti keçirdi, sonra eyni şeylər təkrarlanırdı. İndi, şükür, bu şəfa ocağını tez-tez gəzməyə çıxıram. Palatalara gedən yolun bir hissəsi yoxuşdur, oranı elə sürətlə çıxıram ki, təəccüblənirəm. Elə bil xəstə olan mən deyiləm. Bu şəraiti bizə yaradanlara Allah uzun ömür, cansağlığı versin”.

Rusiyanın Tümen vilayətinin Noyabrsk şəhərində yaşayan və əslən Masallı rayonundan olan Telman Əliyev, Bakı şəhərinin Suraxanı rayonundan Ulduz Əliyeva, Balakən rayonundan Camal Ramazanov və Abdülhəmid Qaracayev də mərkəzin çox faydalı müalicə təsirinə malik olduğunu vurğuladılar. Bildirdilər ki, Naxçıvanın havasının təmizliyini təyyarədən enərkən hiss ediblər. Burada nəfəs almaq sanki asanlaşıb. Sonradan öyrəniblər ki, Naxçıvanın havasında nəmlik faizi aşağı olduğundan bu, astma xəstələrinə müsbət təsir göstərir.

Mərkəzdə müalicə alan xəstələrlə söhbət etdikcə vaxt da sürətlə keçir. Burada müalicə kursu keçən uşaqlarla görüşmək istəyirəm. Bakı şəhərinin Nəsimi rayonunun 14 yaşlı sakini Hüseyn Hacıyevin, Yasamal rayonundan 12 yaşlı İsmayıl Ağayevin, Nihad Ağayevin və Şəki rayonundan 11 yaşlı Elvin Xəlilovun başları şahmat oynamağa qarışıb. Onlarla salamlaşıram. Uşaqlardan müalicələrinin necə getdiyini soruşuram və hamısı eyni cavabı verir: “Əla, özümüzü daha yaxşı hiss edirik”.

Öyrənirəm ki, Nihad birinci dərəcəli şahmatçıdır. Onunla şahmat oynamağıma razılıq verir və qısa zamanda mən mat oluram. Şahmatda məni mat etməkdən çox məmnun görünən Nihad balacalara xas olan əda ilə kəlməni kəlməyə calayaraq dostlarının adından minnətdarlıq edərək deyir: “Burada çox yaxşı müalicə olunuruq. Mən də, dostlarım da özümüzü sağlam hiss edirik. Özümə söz vermişəm ki, buradan qayıdandan sonra bir daha xəstələnməyim”.

...Bir az sonra xəstələr yatmaq üçün palatalara yollanırlar. Əvvəllər nəfəs almaqda çətinlik çəkən insanlar burada özlərini çox rahat hiss edirlər. Həqiqətən də, havasız, nəfəssiz qalmaq çox çətin dərddir. Bəlkə də, ona görə aqillər dua edərkən “İlahi, bizi heç vaxt havasız, susuz və Vətənsiz qoyma!” deyirmişlər...

Səhər açılır. Artıq Naxçıvan şəhərinə getməliyəm. Buradan ilk hərəkət edən avtobusa minirəm. Mənimlə birlikdə Naxçıvan şəhərinə gələn xəstələrin simasında sevinc hisslərini duymamaq mümkün deyil. Necə də olmasın!? Hər gecə yuxuda da əziyyət çəkən bu insanlar bu gün rahat yata bilirlər...

Yolboyu düşünürəm. Bəşəriyyətin beşiyi Naxçıvan, həqiqətən də sirli-sehrli bir diyardır. Bəlkə, ona görədir ki, qədim oğuz yurdunun tarixi, heyrətamiz təbiəti həmişə insanları cəlb edib. Duzdağ mağarası isə Allahın bəşəriyyətə bir lütfüdür. Təbii şəfa mənbəyinin Naxçıvanda yerləşməsi də təsadüfi ola bilməz. Axı Nuh Peyğəmbərin diyarı olan Naxçıvan tarixən bəşəriyyətin xilas yeri kimi xatırlanıb. Əshabi-Kəhf ziyarətgahının, imamzadələrin, nəhayət, Peyğəmbər məzarının olduğu bu müqəddəs torpaqda əsrimizin problemlərindən biri hesab edilən astma xəstəliyinə şəfa verən təbii mağaranın olması bizə çox şeyi izah edir. Əshabi-Kəhf mənəvi zənginliyimizi artırır, Duzdağ isə bizə şəfa bəxş edir. Necə deyərlər, Böyük Yaradan Naxçıvanı xilaskarlıq yurdu seçib. Azərbaycanı bir çox bəlalardan xilas edən ulu öndərimiz Heydər Əliyevin də məhz Naxçıvanda boya-başa çatması bu mənada təsadüfi deyil...

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO