Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 190 milyonu ötüb
Bakı, 17 iyul, AZƏRTAC
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 490 mindən çox artıb.
AZƏRTAC pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 490 min 208 nəfər yeni koronavirusa yoluxub, 6 min 849 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 190 milyon 197 min 568, ölənlər isə 4 milyon 89 min 586 nəfərə çatıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (34,9 milyon), Hindistan (31 milyon), Braziliya (19,3 milyon), Rusiya (5,9 milyon), Fransa (5,8 milyon) və Türkiyədə (5,5 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]