DÜNYADA NEFT QITLIĞI YAXIN 10 İLDƏ HİSS EDİLƏCƏK
Amerikanın nüfuzlu eksperti, Kaliforniya Texnologiya İnstitutunun professoru Devid Qudstaynın fikrincə, neft qıtlığı gözlənildiyindən tez, ola bilsin, artıq yaxın 10 il ərzində özünü büruzə verəcəkdir.
Onun rəyi ilə İtaliya Neft Sənayeçiləri İttifaqının prezidenti Paskuale De Vita da razıdır. O demişdir ki, Çin və Hindistan tərəfindən neft istehlakı və idxalının kəskin surətdə çoxalması yaxın illərdə bu xammala tələbatın sürətlə artmasına gətirib çıxaracaqdır. “Ucuz” neftin yeganə mənbəyi Yaxın Şərqdir ki, burada da siyasi qeyri-sabitlik region ölkələrinin dünya bazarlarına neft göndərməsinə öz mənfi təsirini göstərir.
Vitanın sözlərinə görə, neft istehlakı indiki sürətlə davam etsə, “qara qızıl”ın dünya ehtiyatları 41 ilə ancaq çatar. O, belə bir proqnoz vermişdir ki, gələcəkdə dünya bazarında bir barrel neftin qiyməti 30 dollardan aşağı düşməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]