Düsseldorf 2023-cü ildə stolüstü tennis üzrə dünya çempionatına ev sahibliyi edəcək
Bakı, 25 fevral, AZƏRTAC
Stolüstü tennis üzrə dünya çempionatı 2023-cü ildə Almaniyada keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dünyanın ən güclü stolüstü tennisçilərinin yarışacağı bu nüfuzlu yarış Almaniyanın Düsseldorf şəhərində təşkil ediləcək.
Qeyd edək ki, dünya çempionatına ev sahibliyi hüququ uğrunda üç qitədən üç şəhər mübarizə aparıb. Düsseldorf Melburn və Durban şəhərlərini üstələyərək ev sahibliyi hüququnu əldə edib.
Xatırladaq ki, dünya çempionatları ən çox Avropada keçirilib. Sonuncu dünya çempionatı 2019-cu ildə Macarıstanın paytaxtı Budapeştdə təşkil edilib. Bununla belə, son vaxtlar dünya çempionatının coğrafiyasını genişləndirmək tendensiyası müşahidə olunur. Gələn il - 2021-ci ildə turnir ilk dəfə ABŞ-ın Hyuston şəhərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]