DYP: Ölkədə ağır, yaxud ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb
Bakı, 15 yanvar, AZƏRTAC
Dövlət Yol Polisinin (DYP) bütün şəxsi heyəti respublika ərazilərində hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a məlumat verilib.
“Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkə ərazisində ağır, yaxud ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”, - deyə məlumatda qeyd olunub.