Əcnəbi tələbələr Qubada soyqırımı qurbanlarının xatirəsini yad etmişlər
Bakı, 30 mart (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tarix işçi qrupu paytaxtın ali təhsil ocaqlarında təhsil alan xarici tələbələrin Qubadakı kütləvi məzarlığa səfərini təşkil etmişdir.
ATGTİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə təşkil olunmuş tədbirin məqsədi ermənilərin və erməni vəhşiliklərinin maddi sübutlarını əcnəbi tələbələrə göstərmək, soyqırımı haqda onları məlumatlandırmaq və qurbanların xatirəsini yad etmək idi.
Omandan, Yəməndən, Pakistandan, Rusiyadan, Belarusdan, Hindistandan, İsraildən, Koreyadan və Türkiyədən olan 50-yə yaxın tələbə erməni soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildirmişlər. Əcnəbi tələbələrə 1918-ci il qırğınları, kütləvi məzarlıq və onun aşkar olunması, ümumiyyətlə, 1905-1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror aktları haqda tarixi faktlar əsasında məlumat verilmiş, soyqırımı ilə bağlı fotoşəkillərə baxmışlar.
Səfər iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti haqqında kitablar, broşürlər paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]