Eden Hazard yenidən zədələnib
Bakı, 4 fevral, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Eden Hazard yenidən zədələnib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, belçikalı yarımmüdafiəçinin sol ayaq əzələsində zədə aşkarlanıb. “AS” nəşri Hazardın 3-4 həftə, “Marca” nəşri isə 4-6 həftə oynaya bilməyəcəyini yazıb.
Beləliklə, 30 yaşlı futbolçunun Çempionlar Liqasının səkkizdəbir finalının ilk oyununda “Atalanta” ilə (24 fevral) və La Liqada “Atletiko” ilə matçda (7 mart) meydana çıxması şübhə altındadır.
Qeyd edək ki, Hazard cari mövsümdə La Liqada 8 matç keçirib və 2 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]