EDUARD LİNTNER: AZƏRBAYCAN DÜZGÜN YOLDADIR
İnstitutun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev qonaqlara Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində vəziyyət, institutun təşəbbüsü ilə yaradılmış İnsan Hüquqları üzrə Beynəlxalq Elmi Şuranın və Ekspert Komissiyasının fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Avropalı deputatlar noyabrın 6-da keçiriləcək parlament seçkiləri ilə bağlı Ekspert Komissiyasının apardığı araşdırmalarla maraqlanmış, seçki prosesinin demokratikləşdirilməsi məqsədi ilə hakimiyyət strukturları üçün hazırlanmış tövsiyələrlə yaxından tanış olmuş, bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini bildirmişlər.
Eduard Lintner apardığı müşahidələrə əsasən xüsusi vurğulamışdır ki, 2000-ci illə müqayisədə indi müsbət dəyişikliklər aydın görünür, vəziyyət yaxşıdır. Azərbaycan düzgün yoldadır, lakin hələ son məqsədinə çatmayıbdır.
Görüşün sonunda qonaqlara Milli Məclisə seçkilərlə bağlı Ekspert Komissiyasının hazırladığı tövsiyələr toplusu təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]