EFİOPİYA SƏHRASINDA YENİ DƏNİZ YARANIR
Afar çökəkliyinin dərinliklərində 50 kilometrdən çox uzunluğu olan yarığın eni 4 metrə çatır. Yarıq bu rayonda sentyabrın 14-də baş vermiş zəlzələdən sonra əmələ gəlmişdir.
Efiopiyanın şərq hissəsi Afrika qitəsindən hər il təqribən 2 santimetr uzaqlaşacaqdır. Alimlərin fikrincə, yarıq genişləndikcə, buraya Qırmızı dənizdən və Ədən körfəzindən su axmağa başlayacaqdır. Nəticədə, indiki səhranın yerində əvvəlcə yeni boğaz, sonra isə dəniz əmələ gələcəkdir. Lakin bütün bunlar təqribən milyon ildən sonra baş verəcəkdir.
Londondakı Hellouey Universitetinin geofiziki Sindi Ebincerin sözlərinə görə, müasir elmi avadanlıq kəşf edildikdən sonra alimlər ilk dəfə belə miqyaslı prosesi müşahidə edə biləcəklər.
Bir neçə ölkənin alimləri yeni dənizin əmələ gəlməsini müşahidə etmək üçün yaxınlıqda daimi elmi düşərgə yaratmaq niyyətindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]