Efiopiyada etiraz nümayişləri zamanı 50 nəfər ölüb
Qahirə, 1 iyul, AZƏRTAC
Efiopiyada əhalinin etnik tərkibində üstünlük təşkil edən oromoların yaşadıqları Oromiya regionunda nümayişçilərlə polis arasında baş vermiş toqquşmalarda 50 nəfərin öldüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü məlumat verib.
O bildirib ki, polis bu cür aqressiv və kütləvi aksiyalara hazır deyildi və ölənlərin arasında qanun keşikçiləri də var.
Etiraz nümayişləri oromo etnik azlığına məxsus populyar müğənni Hakalu Hundessanın paytaxt Əddis-Əbəbədə naməlum şəxs tərəfindən öldürülməsindən sonra başlanıb. Polis etirazların iğtişaşa çevrildiyi vaxt odlu silahlardan atəş açıb. Müğənninin sabah Ambo şəhərində keçiriləcək dəfn mərasimində on minlərlə insanın iştirak edəcəyi gözlənilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]