Əfqanıstan hakimiyyəti ölkənin şimalında yaranmış vəziyyəti çox ciddi adlandırıb
Bakı, 5 iyul, AZƏRTAC
Əfqanıstan şimalinda “Taliban” hərəkatının bir sıra rayonları ələ keçirərək hücumları davam etdirməsi ilə bağlı vəziyyət çox ciddidir, lakin Kabil vəziyyətin nəzarətdən çıxmayacağına ümid edir.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bunu Əfqanıstan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdullah Mohib deyib.
“Hazırda vəziyyət çox ciddidir. Əfqanıstanın təhlükəsizlik qüvvələri onlara dəstək vermək üçün gələn adi insanlarla birgə vəziyyəti sabitləşdirmək üçün çalışır. Lakin “Taliban” hərəkatı hücumlarını davam etdirsə, vəziyyət həddən artıq ağırlaşa bilər”, - deyə Həmdullah Mohib bildirib.
Bir qədər öncə BMT Baş katibinin xüsusi nümayəndəsi, Əfqanıstana dəstək üzrə missiyanın rəhbəri Debora Layons ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxması fonunda taliblərin may ayının əvvəlindən başlayaraq ölkənin 370 rayonundan 50-sinin nəzarətini ələ keçirdiyi barədə məlumat verib.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” nümayəndələri arasında başlayan sülh danışıqları hələlik heç bir nəticə verməyib. ABŞ Prezidenti Cozef Bayden isə aprelin 14-də Birləşmiş Ştatlar tarixində ən uzun sürən xarici hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı başa çatdırmaq və qoşunların çıxarılması prosesini sentyabrın 11-dək tamamlamaq barədə qərar qəbul edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]