ƏFQANISTAN XAŞXAŞ YETİŞDİRİLMƏSİNDƏ BÜTÜN REKORDLARI VURMUŞDUR
Əvvəllər 2004-cü ilin göstəricisi rekord sayılırdı – o vaxt Əfqanıstan ərazisinin 130 min hektarı bu bitki üçün ayrılmışdı.
Mütəxəssislər qeyd edirlər ki, qəti yekun vurmaq və hesablamalar aparmaq yalnız bütün məhsul yığıldıqdan sonra mümkün olacaqdır. BMT mütəxəssisləri peyklərdən alınmış məlumatı və digər informasiyanı araşdırdıqdan sonra məhsulun miqdarını və onun narkotiklərin dünya dövriyyəsi üçün nəticələrini müəyyən edə biləcəklər. Gözlənildiyinə görə, bu, sentyabrda olacaqdır.
BMT-nin hesablamalarına görə, keçən il Əfqanıstanda 4,5 min ton xaşxaş istehsal edilmiş, bundan da 450 ton heroin hazırlanmışdır Bu isə ümumdünya dövriyyəsinin təxminən 90 faizinə bərabərdir.
BMT Kabilə dəfələrlə xəbərdarlıq etmişdir ki, ölkədə tiryək və heroin istehsalı cilovlanmasa, tezliklə Əfqanıstan narkodövlətə çevriləcəkdir. Rəsmi Kabil narkoticarətlə mübarizə üçün ötən dörd ildə milyonlarla dollar alsa da, vəziyyət hələ də düzəlməmişdir.
Xatırladaq ki, 2001-ci ildə “Taliban” rejimi devrildikdən sonra Əfqanıstanda narkotiklər istehsalı kəskin surətdə artmışdır. Belə ki, taliblərin hakimiyyəti dövründə xaşxaş yetişdirilməsi həbslə cəzalandırılırdı, ona görə də ölkədə narkotik istehsalı, demək olar, dayandırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]