Əfqanıstanda hava zərbələri nəticəsində 14 dinc sakin ölüb
Bakı, 23 sentyabr, AZƏRTAC
Əfqanıstanın cənubundakı Helmand vilayətində hava zərbələri nəticəsində ən azı 14 dinc sakin həlak olub. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Vilayət Şurasının üzvü Əbdül Məcid insidentin “Taliban” hərəkatının nəzarətində olan Musa Qala rayonunda baş verdiyini bildirib. Onun sözlərinə görə, hökumət qüvvələrinə qarşı döyüşə hazırlaşan silahlı qruplaşmaya qarşı havadan zərbələr endirilib. Bombardman nəticəsində “Taliban” silahlıları ilə yanaşı gecə vaxtı toy mərasimindən qayıdan bir qrup dinc sakin də həlak olub. Məcid əlavə edib ki, çoxlu sayda yaralı var və ölənlərin sayının artacağı ehtimal olunur.
Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında isə “Taliban”ın 22 əcnəbi döyüşçüsünün öldürüldüyü, aralarında Pakistan və Banqladeş vətəndaşları da olmaqla 14 nəfərin isə həbs olunduğu bildirilir. Nazirlik əlavə edib ki, dinc sakinlərin ölməsi ilə bağlı təhqiqat aparılır. Dinc sakinlərin həlak olması xəbərini Helmand qubernatorunun sözçüsü Ömər Zvak da təsdiq edib.
Helmand Əfqanıstanın ən təhlükəsiz vilayətlərindən biridir. “Taliban”ın əksər ərazisində hakim olduğu bu bölgəyə tez-tez koalisiya güclərinin hərbi aviareydləri təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]