Əfqanıstanda helikopter qəzasında 9 nəfər həlak olub
Bakı, 18 mart, AZƏRTAC
Əfqanıstanın mərkəzi hissəsində yerləşən Vardak əyalətində xüsusi təyinatlılara məxsus helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb. “Təəssüf ki, ötən gecə Vardak əyalətinin Behsud dairəsində Mi-17 helikopteri qəzaya uğrayıb. İnsident nəticəsində təhlükəsizlik qüvvələrinin göyərtədə olan 9 əməkdaşı həyatını itirib. Müdafiə Nazirliyi qəzanın səbəblərini təhqiq edir”, - deyə məlumatda bildirilir.
Hadisənin digər təfərrüatları açıqlanmır.
KİV-də yayılan bəzi xəbərlərə görə, hadisənin şahidləri helikopterin silahlılar tərəfindən vurulduğunu iddia edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]