ƏFQANISTANDA “İLDIRIM SÜRƏTLİ QƏTİYYƏT” ƏMƏLİYYATI APARILIR
AZƏRTAC xəbər verir ki, Assoşieyted Press agentliyinin yaydığı məlumata görə, iyulun 14-də ABŞ qoşunları Əfqanıstanda yeni bir əməliyyata başlamışlar. Əfqanıstandakı Amerika kontingentinin komandanı general-leytenant Devid Barno bildirmişdir ki, əməliyyat oktyabrın 7-də bu ölkədə prezident seçkilərinin keçirilməsini təmin etməlidir.
Generalın sözlərinə görə, “İldırım sürətli qətiyyət” adlandırılan əməliyyat zamanı taliblərin və onların tərəfdarlarının qruplaşmalarını məhv etmək üçün bir sıra reydlər keçiriləcəkdir. O, təfərrüatı açıqlamamışdır.
Xatırladaq ki, hazırda Əfqanıstanda təqribən 17 min ABŞ əsgər və zabiti vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]