ƏHALİNİN BANKLARDAKI ƏMANƏTLƏRİNİN İNDEKSLƏŞDİRİLMƏSİ ÜÇÜN BÜDCƏDƏ NƏZƏRDƏ TUTULMUŞ VƏSAİTİN HƏCMİ ARTIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, gələn ildən əhalinin sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılmasına başlanıla bilər. Bunun üçün 2006-cı ilin dövlət büdcəsində vəsait nəzərdə tutulub. Maliyyə naziri Əvəz Ələkbərovun sözlərinə görə, gələn ilin dövlət büdcəsində əmanətlərin indeksləşdirilməsi xərcləri üçün əvvəlcə büdcədə 40 milyon manat nəzərdə tutulsa da, sonradan deputatların təklifləri ilə məbləğ daha 10 milyon manat artırılmışdır.
Hazırda əmanətlərin qaytarılması mexanizmi üzərində iş gedir, digər ölkələrin təcrübəsi öyrənilir. Əgər işlər tez başa çatdırılsa, gələn ildən əmanətlərin əhaliyə kateqoriyalar üzrə qaytarılmasına başlanıla bilər.