ƏHALİNİN YOL-HƏRƏKƏT QAYDALARINI ÖYRƏNMƏSİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov AZƏRTAC-a bildirmişdir ki, yol-nəqliyyat hadisələrinin baş verməsi əksər hallarda piyadaların intizamlılığının səviyyəsindən asılı olduğundan əhalinin yol hərəkəti qaydaları sahəsində maariflənməsi məsələsi fəaliyyətimizin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bununla bağlı, biliklərə erkən yaşlarından yiyələnmənin vacibliyini nəzərə alaraq, orta məktəb müəllimləri və 7-8 sinif şagirdləri üçün metodik tövsiyələr, dərsliklər hazırlanmış və məktəblərə pulsuz paylanılmışdır. Yol hərəkəti qaydaları haqqında televiziyada və qəzetlərdə mütəmadi verilişlər və informasiyalar verilir.
Baş İdarənin İnternet saytı da açılmışdır.