Əhliman Əmiraslanov: İnsanlar arasında vaksinasiyaya münasibət dəyişməlidir
Bakı, 18 yanvar, AZƏRTAC
İnsanlar arasında vaksinasiyaya münasibət dəyişməlidir. Bəzi insanlar peyvənd edilərsə, genin dəyişəcəyi kimi yanlış düşüncədədirlər. Yoluxucu xəstəliklərlə mübarizə istiqamətində ölüm riskinin qarşısını almaq üçün peyvənd vurulması mütləqdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin cari ilin yaz sessıyası çərçivəsində yanvarın 18-də keçirilən ilk iclasında deyib.
Ə.Əmiraslanov bildirib ki, son vaxtlar uşaqların qızılcadan həyatını itirməsi peyvənd vurulmamasının nəticəsidir. Vurğulayıb ki, patoloji xəstəliyin olmaması infeksiyanın yoxa çıxması demək deyil.
Yeni X virusunun yayılması barədə bəzi şayiələr gəzdiyini diqqətə çatdıran komitə sədri hətta bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda da müzakirələrin aparıldığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]