CƏMİYYƏT
Əhliman Əmiraslanov: Tibbi tullantılar digər sahələrə mənfi təsir edən tullantılardır
Bakı, 21 dekabr, AZƏRTAC
Tullantılar problemi cəmiyyəti həddindən çox narahat edən bir məsələdir. Çünki günbəgün tullantılar artır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
Komitə sədri qeyd edib ki, tullantıların artması ilə bərabər, onların emal olunması imkanı o qədər də geniş deyil. Məhz bu tullantıların utilizasiya, emal olunmaması ətraf mühitə, meşələrə, su hövzələrinə, bütövlükdə atmosferə son dərəcə böyük ziyan verir. Bir çox xoşagəlməz halların yaşanmasına imkan yaradır.
“Bu da bir həqiqətdir ki, tullantılar arasında tibbi tullantılar xüsusi bir yer tutur. Mən deyərdim, digər tullantılarla müqayisədə daha çox təhlükəli, bu və ya digər sahələrə mənfi təsir edən tullantılardır”, - deyə Əhliman Əmiraslanov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [15:52]
Könüllülər və azarkeşlər sayəsində idmançıların uğurları daha da artacaq
- 03.06.2024 [15:36]
Alimlər kəkələmənin mənbəyini müəyyənləşdiriblər
- 03.06.2024 [15:26]
Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir
- 03.06.2024 [14:53]