ORDU
Ehtiyat zabit hazırlığı kursunun buraxılış mərasimi keçirilib VİDEO
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı” kursunu bitirmiş hərbi qulluqçuların buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış edənlər məzunları “leytenant” rütbəsinin verilməsi münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıblar.
Gənc zabitlər də kurs müddətində aldıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Kursu müvəffəqiyyətlə bitirən məzunlara “leytenant” poqonları və sertifikatlar təqdim edilib.
Sonda gənc leytenantların tribuna önündən təntənəli keçidi olub.