“EKOLOGİYA İLİ” ÇƏRÇİVƏSİNDƏ ARDNŞ-DƏ NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLMİŞDİR
Bakı, 19 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin çoxminli kollektivi “Ekologiya ili” çərçivəsində keçirilən iməciliklərdə fəal iştirak edir, Azərbaycanda ətraf mühitin qorunması işinə öz töhfəsini verir.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-də qurumun demək olar ki, bütün idarə və müəssisələrinin əməkçiləri növbəti ağacəkmə aksiyasına çıxmışlar. Tədbirdə “Azərneft” və “Azəriqaz” İstehsalat birliklərinin, Heydər Əliyev adına Dərin Özüllər Zavodunun, “Azərneftyağ” neft emalı zavodu və s. müəssisələrin əməkçiləri xüsusi fəallıq göstərmişlər. Şirkətin 14 mindən artıq əməkçisinin iştirak etdiyi iməcilikdə ümumilikdə 8 minə yaxın ağac və 900-dək gül kolu əkilmiş, böyük abadlıq işləri aparılmışdır. Əkilmiş ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun bitkilərə - küknar, şam, Eldar şamı, sərv, zeytun və meyvə ağaclarına, eləcə də qızılgül və dekorativ kollara üstünlük verilmişdir. Aksiyalarda həmçinin, əkilmiş ağaclara və gül kollarına aqrotexniki qulluq göstərilmiş, ərazilərdə abadlıq və təmizlik işləri aparılmışdır.
Cari ildə ARDNŞ əməkçiləri yaşıllaşdırma tədbirləri çərçivəsində 150 mindən artıq ağac, 16 min gül tingi əkməyi planlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]