Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət yerində araşdırılmışdır
Bakı, 29 yanvar (AZƏRTAC). Yasamal rayonu Zərdabi küçəsi 89 ünvanında ağacların qanunsuz kəsilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş şikayət yerində araşdırılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı həmin ünvanda 468 kvadratmetr torpaq sahəsində tikinti işlərinin aparılması üçün vətəndaş Ramiz Cabbarlıya Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən icazə sənədinin verildiyi müəyyən edilmişdir.
Əraziyə baxış zamanı tikinti sahəsinə düşən 20 santimetr diametrində 12 ədəd yaş köküstə sərv ağacının qanunun tələblərinə əməl olunmadan kökündən çıxarılaraq aparıldığı aşkar edilmişdir.
Faktla bağlı akt və protokol tərtib olunmuş, təqsirkar inzibati qaydada 14 min 400 manat məbləğində cərimə olunmuşdur.
Həmin ərazidə ünvanda tikinti işlərinin dayandırılması və yeni yaşıllıqların salınması ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə məktubla müraciət olunmuşdur.
Ərazi ETSN əməkdaşları tərəfindən nəzarətə götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]