Ekoloji fəallar Frankfurt aeroportunun işini bloklayıb
Bakı, 25 iyul, AZƏRTAC
Ekoloji fəalların Frankfurt hava limanının ərazisinə girməsi səbəbindən aeroportun işi dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Frankfurt aeroportunun X sosial şəbəkəsində yerləşdirdiyi açıqlamada deyilir.
“Aeroportda keçirilən nümayişlə əlaqədar hazırda uçuşlar dayandırılıb, sərnişinlərdən hələlik hava limanına gəlməmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, çərşənbə günü “Sonuncu nəsil” ekoloji qrupunun fəallarının uçuş-eniş zolağına girməsi nəticəsində “Köln-Bonn” hava limanı da təyyarələrin uçuşunu və qəbulunu dayandırmağa məcbur olmuşdu. Ekoloji qrup Almaniya hökumətindən 2030-cu ilədək neft, qaz və kömürdən istifadənin mərhələli şəkildə dayandırılmasını tənzimləyən beynəlxalq müqavilənin hazırlanmasını tələb edir.
Qrupun fəalları Almaniya ilə yanaşı, Böyük Britaniya, Avstriya, Niderland, İsveçrə, Kanada, ABŞ və Norveç də daxil olmaqla, digər ölkələrin hava limanlarında “oxşar dinc vətəndaş etirazları” keçirəcəkləri barədə xəbərdarlıq ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]