Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb
Bakı, 14 mart, AZƏRTAC
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın müxtəlif rayonlarında ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb.
Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qəbələ, Lerik və Zaqatala rayonu ərazisində ümumilikdə 111 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 23 min manatdan çox ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:32]
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş olub
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]