ELM VƏ TƏHSİL
“Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” mövzusunda konfrans davam edir
Bakı, 28 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 105, Ekoloji kimya kafedrasının 20 illik yubileylərinə həsr olunmuş “Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” mövzusunda respublika elmi konfransı davam edir.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.
Konfransda müasir ekologiyanın nəzəri və təcrübi məsələləri, son illərdə bu istiqamətdə əldə edilmiş mühüm elmi nəticələr, yeni çağırışlar, ekoloji kimya, coğrafi ekologiya, bioekologiya, torpaqşünaslıq və digər sahələrdə ən son tədqiqatların və onların tətbiqi imkanlarının işıqlandırılması, elmi tədqiqatların optimallaşdırılması haqqında ətraflı müzakirələr aparılıb.
Konfransda ümumilikdə 11 bölmə üzrə çıxışlar və 178 elmi məruzə dinlənilib.