Ekspert: Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafı Moldova iqtisadiyyatı üçün yeni perspektivlər açar
Kişineu, 17 mart, AZƏRTAC
Birgə investisiya layihələrində Azərbaycan kapitalını Moldova iqtisadiyyatına cəlb etmək imkanlarını axtarmaq lazımdır. Ticarət əlaqələrini və mədəni əlaqələri inkişaf etdirməliyik.
Bu sözləri AZƏRTAC-a Səmərəli Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru, politoloq Vitaliy Andriyevski deyib.
Onun sözlərinə görə, Azərbaycanla iqtisadi-ticarət əlaqələrin inkişafı Moldova iqtisadiyyatı üçün yeni perspektivlər açar.
“Moldova Azərbaycan ilə əməkdaşlığı gücləndirməlidir. Azərbaycanın uğurlu iqtisadi inkişaf modeli Moldovada tətbiq edilə bilər”, - deyə V.Andriyevski bildirib.
Moldovalı analitik hesab edir ki, Azərbaycanda məsuliyyətli hökumət, siyasi və iqtisadi sabitlik buranı xarici sərmayəçilər üçün cəlbedici ölkə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]