Ekspert: İsrail Prezidentinin ölkəmizə səfəri iqtisadi-strateji münasibətlərin inkişafı baxımdan vacibdir
Bakı, 30 may, AZƏRTAC
İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqun Azərbaycana səfəri yalnız siyasi deyil, eyni zamanda, iqtisadi-strateji münasibətlərin inkişafı baxımdan da vacibdir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, son illər iki ölkə arasındakı iqtisadi əlaqələrin də güclənməsi müşahidə olunur. İsrailin Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdən olduğunu nəzərə aldıqda, bu münasibətlərin dərinləşməsi üçün hər zaman geniş imkanlar olub.
Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 85 faiz artaraq 1 milyard 718 milyon dollara çatıb. Son iki ildə ölkələr arasında ticarət dövriyyəsi 3.7 dəfə artıb. İsrail Vətən müharibəsində Azərbaycanın haqq işinə dəstək olan ölkələrdəndir. Strateji tərəfdaşlığımız müharibədən sonrakı, quruculuq mərhələsində də davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]