Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlahiddə Ümumqoşun Ordusu Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin qarantıdır

Naxçıvan, 22 may (AZƏRTAC). Beynəlxalq aləmdə böyük nüfuz qazanan, iqtisadi və siyasi nailiyyətlərə imza atan müstəqil Azərbaycan ordu quruculuğu prosesində də ardıcıl uğurlar əldə etmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən qüdrətli ordusuna malik güclü dövlətə çevrilmişdir. Müasir texnika və silahlarla təchiz olunmuş silahlı qüvvələrimiz qarşısında duran bütün vəzifələri yerinə yetirməyə qadir möhtəşəm bir gücə malikdir.

Azərbaycanda ordu quruculuğu prosesi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz hələ Sovet İttifaqı dövründə yüksək hərbi təhsil almış milli zabit kadrlarının yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. Məhz onun ciddi səyləri nəticəsində 1971-ci ildə Bakı şəhərində gəncləri ali hərbi məktəblərə hazırlamaq məqsədi ilə ilk təhsil ocağı olan ixtisaslaşdırılmış hərbi internat məktəbi açılmışdı. Bir müddət sonra məktəbə Azərbaycanın məşhur generallarından olan Cəmşid Naxçıvanskinin adı verilmişdi.

Həmin dövrdə Bakıda iki ali hərbi məktəb - Ali Ümumqoşun Komandirləri və Hərbi Dəniz Donanmasının Ali Hərbi Dənizçilik məktəbləri fəaliyyət göstərsə də, burada təhsil alan 300 nəfərdən yalnız 3-5 nəfəri azərbaycanlı idi. Maraqlıdır ki, azərbaycanlıların həmin məktəblərdə təhsil almaları müxtəlif yollarla əngəllənirdi. O vaxt görkəmli dövlət xadimi Heydər Əliyevin nüfuzu, siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində bu ədalətsizlik ortadan qaldırıldı. Azərbaycanlı gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişmələri üçün orta məktəblərdə ibtidai hərbi hazırlıq fənlərinin tədrisinə başlanıldı. Hər il yüzlərlə azərbaycanlı gənc Rusiyanın və digər postsovet ölkələrinin nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərildi. Yüksək biliyə və təcrübəyə malik həmin kadrlar, eyni zamanda Azərbaycan Ali Hərbi Məktəbinin yetişdirdiyi komandir heyəti bu gün milli ordu quruculuğuna öz töhfələrini verməkdədirlər.

Bu il mayın 19-da Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yuxarıda qeyd olunan faktları bir daha xatırladaraq bildirmişdir ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesi ulu öndərimiz Heydər Əliyev tərəfindən məhz Naxçıvanda başlanılmışdır. Ali Məclisin Sədri demişdir: “Ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanın milli dövlətçiliyinin bərpası Naxçıvandan başlandığı kimi, milli ordu quruculuğu da 1991-ci ildə Naxçıvandan başlanmışdır. Böyük dövlət xadimi Naxçıvan Muxtar Respublikasının rəhbəri seçiləndən cəmi 4 gün sonra - 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul etmiş, mövcud hərbi hissə və dəstələrə vahid rəhbərliyin əsasını qoymuşdur. Bu dövrdə yaradılan ilk milli ordu qurumlarından biri də 705 saylı Əlahiddə Gücləndirilmiş Motoatıcı Briqada idi. 1993-cü ildə ali hakimiyyətə qayıdan Ümummilli Liderimiz Azərbaycan Silahlı Qüvvələrinin yaradılması istiqamətində davamlı tədbirlər görmüşdür. Blokada şəraitində və düşmən dövlətlə sərhəddə yerləşən Naxçıvanın müdafiəsi də diqqətdə saxlanılmış, motoatıcı briqadanın bazasında diviziya, sonra isə ordu korpusu yaradılmışdır”.

1993-cü il noyabrın 18-də ulu öndər Heydər Əliyevin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisində ordu quruculuğu işinin sistemləşdirilməsi, mərkəzləşdirilməsi istiqaməti əsas götürülərək mühüm qanunlar qəbul olunmuşdur. “Silahlı Qüvvələr haqqında”, “Müdafiə haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunların qəbul edilməsi milli təhlükəsizlik siyasəti və strategiyasının həyata keçirilməsində hüquqi baza rolunu oynamışdır. Bununla bərabər, qeyd etmək lazımdır ki, Milli Məclisin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hərbi doktrinası” çox mühüm hərbi-strateji sənəd kimi diqqəti cəlb edir. Bu sənəd hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması və digər mühüm məsələlərlə bağlı respublikamızın mövqeyini əks etdirir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin daha etibarlı qorunması məsələsi də doktrinanın müəyyənləşdirdiyi meyarlar çərçivəsində həyata keçirilir.

Müasir dövrün reallıqlarını nəzərə alan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev təkcə ölkəmiz üçün deyil, ümumilikdə, Cənubi Qafqaz regionu və bütün türk dünyası üçün mühüm strateji məkan kimi böyük əhəmiyyət kəsb edən Naxçıvanın müdafiə qabiliyyətinin artırılması üçün çox mühüm qərarlar qəbul etmiş, 2013-cü il dekabrın 18-də Naxçıvan Muxtar Respublikasında 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır. Bu, ölkəmiz üçün çox mühüm hadisədir. Çünki bununla Naxçıvanın müdafiə qabiliyyəti daha da artır, idarəetmə təkmilləşdirilir ki, nəticədə daha effektiv müdafiə sistemi qurulur.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim diyarda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması barədə danışarkən demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.

Bu gün Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, 2014-cü il yanvarın 29-da Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandan heyətinə 15 ədəd “Mitsubishi-PAJERO” və 10 ədəd “UAZ” markalı xidməti avtomobillər, may ayının 19-da isə 11 “Mitsubishi L-200”, 2 “FİAT” markalı xidməti avtomobil, 2 “Ford” markalı səyyar tibbi yardım və 1 rentgen flüoroqrafiya avtomobili verilmişdir.

Muxtar respublikadakı Əlahiddə Ümumqoşun Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Prezidentin bu ilin aprel ayında Naxçıvana səfəri ərəfəsində muxtar respublikadakı hərbi hissələrə yeni, ən müasir standartlara uyğun hərbi-texniki vasitələrin və silah-sursatın verilməsi bunun parlaq ifadəsidir.

Əlahiddə Ümumqoşun Ordusunun komandir heyətinə təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə mayın 19-da Naxçıvanda keçirilən tədbirdə qeyd edildiyi kimi, Azərbaycan Ordusunu təkmilləşdirmək, ordunun döyüş və peşəkarlıq səviyyəsini artırmaq sahəsində Ümummilli Liderimizin başladığı iş bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun döyüş qabiliyyəti yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrin də maddi-texniki təminatı və hazırlıq səviyyəsi müasir tələblər nəzərə alınaraq gücləndirilmiş, vaxtında lazımi tədbirlər görülmüşdür.

Bir məqama da diqqət çəkmək istərdik. Mayın 19-da Naxçıvan şəhərindəki “N” saylı hərbi hissədə Əlahiddə Ümumqoşun Ordusuna və bu ordunun yeni yaradılan hərbi hissələrinə döyüş bayraqları təqdim olunmuşdur. Bu, xüsusi məna daşıyan bir hadisədir. Çünki dünyanın hərb tarixindən də məlum olduğu kimi, döyüş bayraqları o bayrağın sancıldığı məkanı, torpağı öz gücü ilə qorumağa qadir olan qüdrətli hərbi birliklərə təqdim edilir. Bu gün Əlahiddə Ümumqoşun Ordusu da doğma yurdu müdafiə etməyə qadir, düşməni vahiməyə salan hərbi gücə çevrilmişdir.

Bəlkə də bu səbəbdən Azərbaycanın bütün hərbi ekspertlərinin ümumi rəyi belədir ki, yüksək döyüş hazırlığı baxımından müasir dünya ordularından heç də geri qalmayan Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu, birmənalı şəkildə, muxtar respublikanın təhlükəsizliyinin qarantıdır. Erməni işğalçılarının başı üstündə asılan “Domokl qılıncı”na bənzədilən Naxçıvan ordusu Ali Baş Komandanın bütün əmrlərini hər an layiqincə yerinə yetirməyə hazırdır.

Rauf ƏLİYEV

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər