Əlcəzair sahillərində 6 bal gücündə zəlzələ olub
Qahirə, 19 mart, AZƏRTAC
Martın 19-da yerli vaxtla saat 00:40-da Əlcəzair sahillərində, Bejaya şəhərinin 20 kilometrliyində Rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geoloji İnstitutu məlumat yayıb.
AZƏRTAC APS informasiya agentliyinə istinadla məlumat verir ki, zəlzələnin episentrində yeraltı təkanlar 10 kilometr dərinlikdə olub və təxminən 164 min əhalisi olan Bejaya şəhərində insanların təlaşına səbəb olub. Bəzi binaların zərər gördüyü, şəhər sakinlərinin öz evlərini tərk etdiyi bildirilir. Zəlzələ ölkə paytaxtında da hiss edilib.
İnsan tələfatı barədə məlumat verilməyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]