Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimatı olub VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi, akademik Nizami Cəfərovun Xalq Yazıçısı Elçinin həyat və yaradıcılığına həsr etdiyi “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimatı olub.

Mədəniyyət və Turizm Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və ictimai xadimləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları kitabxananın nəzdində “Açıq kitabxana”da elektron kitab köşkü ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb. “Xalq Yazıçısı Elçin müasir Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biridir. Ötən əsrin 60-70-ci illərində Elçinin dadlı-duzlu, real həyatdan götürülmüş hekayələri necə oxunurdusa bu gün onun yazdığı hekayələr, romanlar, xüsusilə də tarixi romanlar eyni bir həvəslə oxucular tərəfindən sevilir”, - deyə K.Tahirov vurğulayıb.

Qeyd edib ki, Elçinin bədii yaradıcılığının janr müxtəlifliyi də onun ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir: hekayə, povest, roman, dram və bu müxtəliflikdə aydın görünən bir özünəməxsusluq meyarı.

Bildirilib ki, ədəbiyyata hekayəçi kimi gəlmiş Elçin 60-70-ci illərdə bu janrın böyük ustası kimi tanınaraq sonrakı onilliklərdə də hekayə yaradıcılığını yüksələn xətlə davam etdirib. Lakin 70-ci illərdə povest, 80-ci illərdə roman, 90-cı illərdə isə dram onun bədii təfəkküründə hekayə ilə ciddi rəqabətə girməklə daha çox önə çıxa bilib. Böyük yazıçının bu gün də ədəbi axtarışda olduğunu deyən kitabxananın direktoru Elçinin yaradıcılığında hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin materialların mövcudluğundan bəhs edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son zamanlar Milli Kitabxanada keçirilən önəmli tədbirlərin təşkilindən danışıb. Qeyd edib ki, bu məkanda reallaşan kitab təqdimatları xüsusi əhəmiyyətə malikdir.

“Bu gün böyük bir alimin - Nizami Cəfərovun Xalq Yazıçısı Elçin haqqında yazdığı bu kitab görkəmli yazıçının ədəbi fəaliyyətinə verilmiş ən yüksək dəyərdir. Müəllif burada yazıçının yaradıcılığını ədəbi dolğunluğu ilə təqdim edir. Elçinin yaratdığı əsərlər öz aktuallığını heç vaxt itirməyib. Onun obrazları hər dövr üçün aktualdır. Müəllifin yazdığı bu kitab bir daha bizə Elçinin ədəbi fəaliyyətini təhlil etməyə və onun yaradıcılığı haqqında düşünməyə istiqamət verir. Elçinin yaradıcılığı uzun illər çoxsaylı tədqiqatlar mövzusu olaraq qalacaq”, - deyə nazir söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Tehran Əlişanoğlunun ədibin yaradıcılığı və yeni kitabla bağlı geniş məruzəsi dinlənilib.

Alim bildirib ki, Elçin ədəbiyyatımızın canlı klassiklərindədir. Onun haqqında yazmaq, həm də müasir, çağdaş ədəbiyyat haqqında yazmaq deməkdir. Bu monoqrafiyada yazıçının bütün yaradıcılığı təhlil olunub və yeni kontekstdən yanaşılıb. Elçinin əsərlərinin öz ahəngi və ritmi var. Müəllif kitabda yazıçının yaradıcılığını 3 mərhələdə təqdim edib - altmışlardan yetmişlərə, səksənlərdən doxsanlara və klassikin müasirliyi.

Elçinin yaradıcılığını yüksək qiymətləndirən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq Şairi Fikrət Qoca onun yaradıcılıq axtarışlarından danışıb. Görkəmli yazıçının yaradıcılığına yaxından bələd olduğunu söyləyən şair Elçini peşəkar ədəbiyyatçı kimi xarakterizə edib. O deyib ki, Elçinin ictimai-siyasi fəaliyyətlə məşğul olması onu heç zaman yaradıcılıq axtarışlarından saxlamayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud bildirib ki, belə bir kitabın ərsəyə gəlməsi ölkəmizin ədəbi mühitində çox əlamətdar hadisədir. “Bu kitabı ədəbi nəzəriyyəçilik və ədəbi dilin işlədilməsi baxımından mühüm bir hadisə kimi qiymətləndirirəm. Kitab akademik üslubdan uzaq yaradıcı yanaşmanın məsuldur. Elçin müəllimin yaradıcılığı haqqında çox danışılıb. Onun yaradıcılığı sonsuza qədər müraciət edilməli və tədqiq olunmalı mənbədir. Bu kitab, eyni zamanda, onun yaradıcılığını yeni yanaşmada təqdim edir”,- deyə A.Məsud vurğulayıb.

Xalq Şairi Nəriman Həsənzadə qeyd edib ki, Elçin ədəbiyyatşünas, böyük alim kimi deyil, həm də ictimai xadim kimi fəaliyyəti olan ziyalıdır. Elçinin dünya səviyyəli bir yazıçı olduğuna diqqət çəkən N.Həsənzadə bildirib ki, onun yaradıcılıq təkamülünün sərhədləri sonsuzdur. Elçin yaradıcılığında hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin material var. Əsas mənbə onun bənzərsiz, mükəmməl və tükənməz istedadıdır.

Tədbirdə Bakı Dövlət Universitetinin professorları Təhsin Mütəllimov, Cahangir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Bakı Slavyan Universitetinin professoru Rüstəm Kamal, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Nərgiz Cabbarova, Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi çıxış edərək kitabın məziyyətləri, Elçinin yaradıcılığı, habelə yeni nəşrin elmi-tədqiqat mənbəyi kimi mükəmməl bir monoqrafiya olduğu barədə fikirlərini bölüşüblər.

Elçinin yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq yolundan söz açan natiqlər görkəmli yazıçını müasir Azərbaycan ədəbiyyatının fenomeni kimi xarakterizə ediblər.

Elçinin ayrı-ayrı əsərlərinə, yaradıcılıq yolunun ayrı-ayrı dövr və ya mərhələlərinə, eləcə də, ümumən yaradıcılığına nəzər salan çıxışçılar onun haqqında yazılmış əsəri yüksək dəyərləndiriblər. Bildirilib ki, Elçin yazıçıdır, ədəbiyyatşünas-alimdir, publisistdir, ictimai və dövlət xadimidir. O, bu sahələrin hər birində böyük nüfuz qazanıb, amma özünün də dəfələrlə etiraf etdiyi kimi, ilk növbədə, yazıçıdır.

Vurğulanıb ki, Elçin bir yazıçı kimi altmış-yetmişlərdə özünü təsdiq edib, səksənlərdən doxsanlara doğru Azərbaycan ədəbi-ictimai fikrinin klassiki olaraq böyük şöhrət qazanıb. Keçən əsrin sonu yeni əsrin əvvəllərindən isə onun yaradıcılıq fenomenologiyası klassikin müasirliyi səviyyəsinə yüksəlib.

İndiyədək Elçin haqqında yüzlərlə kitabın, tədqiqat əsərinin işıq üzü gördüyünü söyləyən natiqlər bildiriblər ki, Nizami Cəfərov bütün keçilmiş yola yeni nəzər salmaqla yazıçını hamının başa düşəcəyi dildə təqdim etməyi bacarıb.

Bütün iştirakçılara və dəyərli fikirlərə görə çıxışçılara minnətdarlığını bildirən müəllif, akademik Nizami Cəfərov deyib ki, kitab hazırlanarkən Elçinin bütün əsərlərini yenidən mütaliə edib. “Kitab yazıçı Elçin haqqındadır. Mənin üçün maraqlı idi ki, görüm yazıçı özü haqqında nə deyib. Elçin Azərbaycanı dünya miqyasında təmsil edəcək ədiblərdəndir. Ədəbiyyatımızın təəssübkeşi olan yazıçı ilə bağlı hələ çox əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Buna ehtiyacımız var”,- deyə N.Cəfərov vurğulayıb.

Müəllifə minnətdarlığını bildirən Xalq Yazıçısı Elçin qeyd edib ki, bu kitab ədəbiyyatşünaslıq ilə tənqidin kəsişdiyi nöqtənin ifadəsidir. Bu iki məfhumun yaxınlığı haqqında müxtəlif fikirlər səslənsə də düşünürəm ki, yeni nəşr o nöqtəni göstərən əyani vəsaitdir. Burada həm ədəbiyyatşünas tədqiqatına, həm də ədəbi tənqidə yer verilib. Ədəbiyyatşünaslığın tədqiqinə və ədəbi tənqidə biganə olmayan biri kimi müəllifə xüsusi təşəkkür edirəm.

Sonda iştirakçılar Xalq Yazıçısı Elçinin kitablarından ibarət sərgi ilə tanış olublar.

“Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Bu saata olan əsas xəbərlər

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri Türkiyə təcrübəsini öyrəniblər

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər – RƏY

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Natiq Məmmədli: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır

Böyük Britaniyada yerli seçkilərdə namizəd olan azərbaycanlı: İlk seçki təcrübəm mənim üçün dəyərli dərs oldu

DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir

Danimarka hərracından alınan Bakı təsvirli unikal əsər geniş ictimaiyyətə təqdim edilib

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadratkilometr mərcan rifləri mövcuddur

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Güləş Federasiyasında yeni komitə yaradılıb

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO

HDC rəsmisi: Halal iqtisadiyyat KOB-lar üçün inkişaf və təkmilləşmə aləti kimi çıxış edir

ABŞ-nin dəniz blokadasını aradan qaldırmasından sonra İranın beş gəmisi Hörmüz boğazından keçib

® “AzInTelecom” 73 mindən çox saxta IMEI kodu bloklayıb

Qanunsuz balıq ovu ilə bağlı 15 inzibati protokol tərtib edilib, 1 fakt üzrə cinayət işi açılıb

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur VİDEO

Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır

Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb