ƏLƏKBƏR İMAMƏLİYEV: BƏZİ İDMANÇILARIMIZ İMKANLARINDAN AŞAĞI SƏVİYYƏDƏ ÇIXIŞ ETDİLƏR
Bakı, 11 iyun (AZƏRTAC). Taekvondo üzrə yığma komandamızın baş məşqçisi Ələkbər İmaməliyev Bakıda keçirilən dünya kuboku uğrunda turnirdə Azərbaycan komandasının Rusiya yığmasına məğlubiyyətinin əsas səbəbi kimi yetirmələrinin səviyyəsindən aşağı çıxış etməsini göstərmişdir. “Bir neçə idmançımız imkanlarından aşağı səviyyədə çıxış etdi. Xüsusilə, Pekin Olimpiadasının iştirakçısı Rəşad Əhmədov və İlkin Şahbazovu vurğulamaq istərdim”.
Ə.İmaməliyev hakim səhvlərinin də yekun nəticəyə təsir göstərdiyini vurğulamışdır. Xüsusilə, son iki görüşdə Rəşad Əhmədova və Təvəkkül Bayramova qarşı hakimlərin ədalətsizliyi çox hiss olunurdu.
Baş məşqçi idmançıların son anadək doğma divarlar arasında həyəcan hissini boğa bilmədiklərini söyləmişdir.
Qeyd edək ki, iyunun 12-də komandamızı növbəti sınaq gözləyir. Kişilərdən ibarət yığma komandamız Braziliya millisi ilə qarşılaşacaqdır. Həmin gün mübarizəyə qadın taekvondoçularımız da qoşulacaqlar. Qadınlardan ibarət Azərbaycan yığmasının rəqibi isə Yunanıstan milli kollektivi olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]