Elektroenergetika, Qaz və Su təchizatı ilə bağlı qanunlarda dəyişikliklər olunur
Bakı, 7 aprel, AZƏRTAC
Parlamentdə “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, sənədlər Milli Məclisin aprelin 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanunlara eyni mahiyyətli dəyişikliklərin edilməsi nəzərdə tutulub. Həmin qanunların müvafiq maddələrinə təklif olunan əlavələrə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə, onların qaz qurğularının qazpaylayıcı şəbəkəyə, habelə su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması qadağandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [18:56]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:11]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [17:39]
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib
- 07.10.2026 [17:33]
Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB
- 07.10.2026 [17:03]