ƏLİ BAYRAMLIDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİNHEYKƏLİ AÇILMIŞDIR
Bu münasibətlə keçirilən tədbirdə şəhərin minlərlə sakini, əmək və müharibə veteranları, ziyalılar, gənclər və qonaqlar iştirak emişlər.
Abidə üzərindəki örtük götürülmüş, dahi şəxsiyyətin ağıl və hünərin, müdriklik və rəşadətin simvoluna çevrilmiş doğma obrazı görünən kimi meydanı sürəkli alqış sədaları bürümüşdür.
Mərasimdə çıxış edən natiqlər qüdrətli şəxsiyyət haqqında ürək sözlərini söyləmiş, ulu öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi kursun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xüsusi vurğulamışlar.
Məktəblilər dahi şəxsiyyəti vəsf edən şeirlər söyləmişlər.
Abidənin önünə əklil və gül-çiçək dəstələri qoyulmuş, ulu öndərin xatirəsinə dərin hörmət və ehtiram bildirilmişdir.