Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Həsənov: Etnik separatizm meyillərini beynəlxalq hüququn gücü ilə dayandırmaq olar

Əli Həsənov: Etnik separatizm meyillərini beynəlxalq hüququn gücü ilə dayandırmaq olar
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
bu fikri İsrailin “The Jerusalem Post” qəzetinə müsahibəsində söyləyib

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin “The Jerusalem Post” qəzetinə müsahibə verib. AZƏRTAC müəllifi beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, jurnalist Arye Qut olan müsahibəni təqdim edir.

-Müasir dövrdə dünyanın bir çox ölkələrində separatizm meyillərinin, xüsusilə də etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyə hansı təhdidlər yaradır? Bu problemin səbəbləri barədə nə demək olar?

-Müasir dövrdə dünyada etnik, dini, irqi və digər fərqliliklər əsasında separatizm hallarının artması regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Etnik separatizm bir qayda olaraq, millətlərarası, bəzən dövlətlərarası, hətta mədəniyyətlərarası münaqişələr doğurur ki, onların da çoxu hərbi toqquşmalarla müşayiət olunur. Bu münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Təəssüflə qeyd etməliyik ki, Yaxın və Orta Şərqdə, Asiyanın digər regionlarında, Afrika, Avropa və Amerikada bu cür münaqişələr və qarşıdurmalar uzun illərdir davam edir.

Soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğası meydana gəldi. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an sarsıda biləcək potensial təhlükə mənbəyidir. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinin ciddi təhlükəyə məruz qalmasına gətirib çıxarır. Əgər beynəlxalq birlik, aparıcı dövlətlər etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmasa, proses daha geniş xarakter alaraq planetimizin böyük hissəsini irqi, milli və dini münaqişələr meydanına çevirə bilər. Artıq milli-etnik münaqişələrin həllinə biganəlik və hətta proseslərin süni şəkildə körüklənməsi özünün acı nəticələrini Avropada - İspaniyanın Kataloniya vilayətində etnik separatizmin baş qaldırması ilə əyani şəkildə bir daha göstərdi.

Hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Azərbaycanın məruz qaldığı etnik təmizləmə və işğalçılıq siyasətinin nəticələrinin və dünyanın müxtəlif regionlarında milli zəmində cərəyan edən qarşıdurmaların təhlilinə əsasən əminliklə demək olar ki, etnik separatizm heç bir halda xalqların daxili ehtiyacından deyil, müəyyən siyasi qüvvələrin məhdud mənafelərindən və beynəlxalq dairələrin mövqeyindən qaynaqlanır.

-Qeyd etdiyiniz kimi, Azərbaycan da etnik separatizmə və işğala məruz qalıb. Ermənistanın Azərbaycana qarşı yeritdiyi bu siyasətin kökündə nə dayanır?

-Ermənistanın başlıca məqsədi Azərbaycanın torpaqları hesabına öz ərazisini genişləndirməkdən ibarətdir. Əslində erməni millətçiləri uzun illərdir ki, bütün resurslarını bu istiqamətdə səfərbər ediblər. Erməni ideoloqları mifik “Böyük Ermənistan” ideyasını ortaya ataraq, ermənilərin bir neçə nəslini qonşu xalqlara qarşı nifrət ruhunda tərbiyə ediblər.

Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ildə Cənubi Qafqazda üç müstəqil dövlət - Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları yarandı. Hələ o zaman 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası İrəvanı (indiki Yerevan) yeni elan olunmuş, lakin özünə paytaxt tapa bilməyən Ermənistan Respublikasına güzəştə getdi. Buna baxmayaraq, həmin razılaşmalardakı şərtləri pozan ermənilər Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürərək, Qarabağa və başqa ərazilərə göz dikdilər.

Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri nisbətən səngiyərək fəal fazadan közərən münaqişə fazasına keçsə də, Ermənistanda tarixən yığcam şəkildə yaşayan çoxsaylı azərbaycanlının mərkəzi hökumətin əli ilə deportasiyası davam etdirildi. 1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə 150 minədək azərbaycanlı Ermənistandakı öz tarixi torpaqlarından kütləvi şəkildə Azərbaycana deportasiya olundu. SSRİ-nin süqutu ərəfəsində o vaxtkı SSRİ rəhbərliyinin gizli razılığı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi məsələsi qaldırıldı. Bu proseslər fonunda Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı da öz ata-baba yurdundan zorla qovuldu, başqa sözlə, rəsmi Yerevan bir daha etnik təmizləmə həyata keçirdi. SSRİ dağıldıqdan sonra isə Ermənistan açıq silahlı təcavüzə başladı və 1992-ci ilin fevral ayında Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı Xocalı şəhərini dağıdaraq əhalisinə qarşı soyqırımı törətdi. Ermənistan işğalı davam etdirərək, Dağlıq Qarabağı və ətrafındakı daha 7 rayonu, yəni, Azərbaycanın 20 faiz ərazisini zəbt etdi. İşğal edilmiş ərazilərdə etnik təmizləmələr aparıldı və 1 milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü. Ermənistanın hərbi-siyasi dəstəyi ilə Azərbaycanın ərazisində yaradılmış qondarma “Dağlıq Qarabağ” separatçı rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı dörd qətnamə qəbul etsə də, onların icrasından imtina edən işğalçı Ermənistana qarşı təəssüf ki, təsirli tədbirlər görmədi. Bu günün özündə də BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyasını yerinə yetirməli olan əksər təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri açıq işğal faktına seyrçi mövqe tutmaqda davam edir.

-ATƏT-in Minsk qrupu və digər təşkilatlar vaxtaşırı Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri qarşılıqlı kompromisə çağırır. Sizin buna münasibətiniz necədir?

-Hər bir münaqişədə haqlı və haqsız tərəf olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də problemin haradan yarandığı əslində heç kimə sirr deyil. Məsələyə beynəlxalq hüquq prinsiplərinə uyğun obyektiv meyarlar əsasında yanaşmaq lazımdır. Belə halda aydın olar ki,

Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalmış, ərazilərinin 20 faizini itirmiş və 1 milyondan çox qaçqın və məcburi köçkün əhalisi olan bir ölkədir. İşğalçı ilə işğala məruz qalan ölkəni kompromisə çağırmağın özü səhv və təhlükəli mövqedir. Bu mövqe gələcəkdə davakar etnik separatizmi təşviq edə, digər ölkələri də işğalçılığa sürükləyə, yaxud həvəsləndirə bilər. Belə ki, 30 il bundan əvvəl Dağlıq Qarabağda başlayan separatizm dalğası bu gün İspaniya, Böyük Britaniya və başqa ölkələrə çatıb. Hazırkı dövrdə heç bir ölkə bundan sığortalanmayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Bu mövqe BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, Avropa Şurasına, bütün dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycanın məsələyə yanaşması ondan ibarətdir ki, münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn normalarına əməl olunmalıdır. Yəni, Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilməli, məcburi köçkün sakinlər öz yurdlarına qaytarılmalıdırlar. Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində zorakı üsullara və silahlı vasitələrə əl atılması yolverilməzdir.

Əlbəttə, biz müəyyən kompromisə və problemin konstruktiv həllinə hazırıq. Bu baxımdan, Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın tərkibində əvvəlkindən daha geniş muxtariyyətin verilməsini, orada yaşayan erməni əhalisinin vətəndaş hüquqlarının, sosial-iqtisadi, mədəni haqlarının Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüququn normalarına uyğun şəkildə tam təmin olunmasına zəmanəti münaqişənin davamlı, səmərəli və ədalətli tənzimlənməsinin əsas yolu hesab edirik.

-Sizin fikrinizcə, müasir dövrdə böyük təhlükəyə çevrilmiş etnik separatizmin aradan qaldırılması, millətlərarası və dinlərarası etimadın möhkəmləndirilməsi üçün daha nə etmək lazımdır?

-Etnik separatizm regional və qlobal səviyyələrdə getdikcə daha çox təhlükə yaradan amilə, hətta mən deyərdim ki, bəlaya çevrilir. Təəssüf ki, bir çox hallarda iri dövlətlər bu bəladan öz geostrateji maraqlarını təmin etmək, başqa ölkələrin daxili və xarici siyasətini yönləndirmək üçün yararlanmağa çalışır, beynəlxalq təşkilatlar isə prinsipial mövqe nümayiş etdirə bilmirlər. Bu hal vəziyyəti daha da çətinləşdirir, etnik separatizmin radikal, davakar səviyyəyə keçməsinə rəvac verir, milyonlarla insanın faciəsinə səbəb olur. Təcrübə göstərir ki, etnik separatizm meyillərini hüququn, o cümlədən beynəlxalq hüququn gücü ilə, yəni, hamılıqla qəbul edilmiş norma və prinsiplərə söykənərək dayandırmaq mümkündür. Bunun üçün sadəcə olaraq, bütün tərəflər həm ərazisində separatizmin baş qaldırdığı dövlətin haqlarına və qanunlarına, həm də beynəlxalq hüququn tələblərinə hörmətlə yanaşmalıdırlar. Dövlət beynəlxalq hüququn əsas, həlledici subyektidir. Beynəlxalq təşkilatları yaradan da, beynəlxalq hüququn təsbit olunduğu sənədləri qəbul edən də məhz suveren dövlətlərdir. Ona görə də dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüququn başlıca prinsipidir. Heç bir halda xalqların öz müqəddəratını təyin etmək hüququ həmin müddəaya zidd şəkildə şərh oluna və ya dövlətin qanunlarının pozulması üçün arqument kimi təqdim edilə bilməz. Beynəlxalq birliyin İspaniyanın Kataloniya vilayətində baş verənlərə məhz bu mövqedən yanaşması proseslərin nəzarətdən çıxmasının qarşısını aldı, yaranmış böhranın hüquqi müstəvidə həllinə şərait yaratdı. Bu, bir daha göstərdi ki, separatizm məsələsində məhdud maraqlardan və ikili standartlardan çıxış etmək yolverilməzdir. Dünyada söz sahibi olan böyük dövlətlər və təşkilatlar vaxtilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış erməni separatizminə təəssüf ki, eyni münasibəti göstərmədilər. Baxmayaraq ki, Ermənistanla heç bir coğrafi bağlılığı olmayan Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi tələbi və ya həmin ərazinin müstəqilliyinin elan edilməsi həm beynəlxalq hüquqa, həm də Azərbaycanın qanunvericiliyinə tamamilə zidd idi.

Etnik separatizmin qarşısının alınmasına həm də hər bir ölkədə etnik, mədəni və konfessional rəngarəngliyin milli sərvət, bəşəri dəyər kimi qəbul edilməsi, müxtəlifliyin harmoniyasına nail olunması mühüm töhfə verə bilər. Bu baxımdan, Azərbaycandakı multikulturalizmi və tolerantlığı nümunə göstərmək olar. Hazırda bu bəşəri dəyərlərin təşviqi ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılıb və cəmiyyətin həyat tərzinə çevrilib. Azərbaycan bu gün fərqli sivilizasiyalar arasında körpü rolunu oynayır. Prezident İlham Əliyev son on ildə mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqinə yönələn çox sayda təşəbbüslə çıxış edib və beynəlxalq miqyaslı tədbirlər keçirib. Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər təşkil edilib. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumunu, Bakı Beynəlxalq Humanitar Forumunu, ilk Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını və s. qeyd etmək olar. Xatırladım ki, 2008-ci ilin dekabrında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına İslam ölkələri mədəniyyət nazirləri də dəvət edilmiş və həmin tədbirdə sivilizasiyalar, xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülmüşdür. Ötən on il ərzində ölkədə “Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr həyata keçirilib. Hesab edirəm ki, Azərbaycanın bu təcrübəsi başqaları üçün də faydalı ola bilər. Azərbaycan bu işə maraq göstərən dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığa həmişə hazırdır. Bununla sülhə, xalqların dinc birgəyaşayışına və qarşılıqlı anlaşmaya sanballı töhfə vermək mümkündür.

-Qeyd etdiyiniz kimi, Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməsində, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həllində dünya birliyini daha fəal olmağa çağırır. Yəqin razılaşarsınız ki, bunun üçün münaqişə və onun fəsadları barədə dünya ictimaiyyətinin məlumatlandırılması da çox vacibdir. Ölkəniz bu sahədə hansı işləri görür və nəticələr nədən ibarətdir?

-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin bütün dünya ictimaiyyətinə çatdırılması sahəsində geniş tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, ölkəmizin nümayəndələri ötən müddətdə işğal faktı və onun nəticələri, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və ədalətli həlli yolları və sair ilə bağlı bütün beynəlxalq təşkilatlarda, müxtəlif konfranslarda və mətbuat orqanlarında ətraflı məlumat verib, dövlətimizin konstruktiv və prinsipial mövqeyini ifadə ediblər. Nəticə nədən ibarətdir? Azərbaycanın üzv olduğu və ya əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar çərçivəsində işğala son qoyulması və bu münaqişənin həlli ilə bağlı ölkəmizin haqlı mövqeyi dəstəklənib. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair 1992-1993-cü illərdə qəbul etdiyi 4 qətnamədə Ermənistandan işğalçı qoşunlarını Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarması tələb olunub. Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz digər qurumların əksəriyyəti Azərbaycan ərazilərinin işğal faktını tanıyıb, erməni işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılmasının zəruriliyini qeyd edib, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Lakin çox təəssüf ki, hazırda dünyada hökm sürən ikili standartlara görə Ermənistan bu qətnamələrə əməl etmir. Bəzi hallarda beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qərarları dərhal icra edildiyi halda, Azərbaycanla bağlı çoxsaylı sənədlər 25 ildir ki, kağız üzərində qalır. Buna görə də işğal hələ də davam edir.

Dağlıq Qarabağ münaqişəsinin ən faciəli hadisələrindən biri Xocalı soyqırımıdır. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri bu qanlı aksiya indiyədək bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı kimi daxil olub və bütün dünyada geniş əks-səda doğurub. Azərbaycan dövləti və Heydər Əliyev Fondu Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində böyük işlər görür. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Xocalı soyqırımı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət, müxtəlif ölkələrdə təşkil olunan konfranslar, sərgilər, mitinqlər, yürüşlər və digər tədbirlər nəticəsində dünyada erməni qəsbkarlarının insanlığa sığmayan cinayətləri haqqında getdikcə daha dolğun təsəvvür formalaşdırılır, Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən xəbərdar olan tərəqqipərvər ictimaiyyət qətliamı kəskin şəkildə pisləyir. Dünyanın 10-dan çox ölkəsi, ABŞ-ın 20-dən artıq ştatı parlament və ya hökumət səviyyəsində Xocalı soyqırımını tanıyıb. Bu sahədə fəaliyyətimiz davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir