ƏLİ İNSANOV VƏ FƏRHAD ƏLİYEV YENİ AZƏRBAYCAN PARTİYASININ SIRALARINDAN XARİC EDİLMİŞLƏR
İclasda Azərbaycanda hakimiyyəti zorla ələ almağa cəhddə iştirak etdiklərinə və digər cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş Əli Binnət oğlu İnsanov və Fərhad Şövlət oğlu Əliyevin məsələsinə baxılmışdır.
Məsələ ilə bağlı aparılan müzakirələrdə idarə heyətinin bütün üzvləri çıxış edərək Əli İnsanovun və Fərhad Əliyevin cinayət əməllərini qətiyyətlə pisləmiş, bu əməlləri dövlətimizə və Yeni Azərbaycan Partiyasına xəyanət kimi dəyərləndirmişlər. Müzakirələr nəticəsində Əli İnsanovun və Fərhad Əliyevin YAP sıralarından xaric olunması barədə yekdilliklə qərar qəbul edilmişdir. Həmçinin idarə heyətinin qərarı ilə Əli İnsanovun Yeni Azərbaycan Partiyası İdarə Heyətinin, Şiyasi Şurasının üzvlüyündən və YAP Nəsimi rayon təşkilatının sədri vəzifəsindən, Fərhad Əliyevin isə Yeni Azərbaycan Partiyası Şiyasi Şurasının üzvlüyündən azad olunmaları haqqında qərar qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]