ƏLİL AİLƏSİ ÜÇÜN YENİ EV İNŞA EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ordubad rayonunun Düylün kəndində Qarabağ müharibəsi əlili Məhəmməd Əliyevin ailəsi üçün yeni ev inşa edilmişdir. Ev mebel dəsti və rəngli televizorla təmin edilmişdir. Ailə başçısı Məhəmməd Əliyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.