Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə mediatur təşkil olunub VİDEO

Bakı, 24 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada əlilliyi olan gənclərə göstərilən xidmətlərlə yaxından tanış olublar.

Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin direktoru Rəhilə Həsrətova mərkəzin 2013-cü ilin dekabrın 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışının olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, mərkəz əlilliyi olan şəxslərin sosial reabilitasiyası, peşə-əmək reabilitasiyası və peşə hazırlığı üsulu ilə cəmiyyətə inteqrasiyası məqsədilə yaradılıb. Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə peşə hazırlığı və peşə reabilitasiyasının həyata keçirildiyi, onların 3-6 aylıq kurslarda kompüter istifadəçisi, montaj operatoru, bədii oyma, xalçaçılıq, dərzilik, kişi və qadın bərbəri, toxuculuq, aşpaz köməkçisi, rəssamlıq, dulusçuluq və manikür üzrə peşə bacarıqlarına yiyələndikləri diqqətə çatdırılıb. Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələrinin verildiyi və əmək bazarına çıxışları üçün dəstək göstərildiyi vurğulanıb.

Bildirilib ki, mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, sosial-psixoloji və tibbi-sosial xidmətlərlə təmin olunurlar. Müəssisədə gənclər peşə kursları ilə yanaşı, musiqi və dizayn dərnəyi, stolüstü oyunlar, paralimpiya idman məşqlərinə də cəlb edilirlər: "Ötən dövr ərzində mərkəzdə 5 minə yaxın, son 5 il ərzində 2 min 600-ə yaxın əlilliyi olan gəncə xidmət göstərilib. Hazırda mərkəzdə 12 istiqamət üzrə peşə hazırlığı xidməti təşkil olunur. Mərkəzdə yeni peşələrin yaradılması üzərində də iş aparılır. Hazırda iki peşə - avadanlıqların təmiri və fotoqrafiya üzrə hazırlıq işləri həyata keçirilir. Yeni ildən həmin peşələr fəaliyyətə başlayacaq. Hazırda mərkəzdə 128 nəfərə xidmət göstərilir. Gənclərin asudə vaxtlarının təşkili məqsədilə gəzinti və ekskursiyalar təşkil olunur. Bununla yanaşı, dövlətçilik, milli adət-ənənələrimiz barədə maarifləndirmə işləri də aparılır”.

Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Sərvər Abdullayev agentlik tərəfindən həssas əhali qruplarından olan vətəndaşlara, xüsusi qayğıya ehtiyacı olan şəxslərə müxtəlif sosial xidmətlərin göstərildiyini, həmin sosial xidmətlərin səyyar, stasionar və yarımstasionar formada həyata keçirildiyini bildirib. Qeyd olunub ki, stasionar formada həyata keçirilən xidmətlər müəssisələr vasitəsilə icra olunur. Həmin müəssisələrin sayı ölkə üzrə ümumilikdə 21-dir. Bu ilin ötən dövründə ümumilikdə 3 min 200-dən çox həssas kateqoriyadan olan vətəndaşlara müxtəlif sosial xidmətlər göstərilib. Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində isə il ərzində 450-ə yaxın vətəndaşa həm peşə, həm də sosial reabilitasiyayönümlü xidmətlər göstərilir. Onlardan 369 nəfəri peşə hazırlığı kurslarına, 76-sı sosial reabilitasiya cəlb edilib: “Həmin xidmətlərin əsas məqsədi həssas əhali qruplarından olan vətəndaşların cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyasına dəstək göstərməkdir”.

Agentlik tərəfindən mütəmadi olaraq mərkəzin yetirmələrinin əl işlərindən ibarət satış sərgilərinin təşkil olunduğu da media nümayəndələrinin diqqətinə çatdırılıb. Bildirilib ki, həmin tədbirlərin məqsədi əlilliyi olan gənclərin yaradıcılıq bacarıqlarını geniş ictimaiyyətə tanıtmaq, eləcə də iqtisadi müstəqillik və özünəinamlarını gücləndirməkdir.

İyirmi bir yaşlı Leyla Buraqova üç aydır ki, mərkəzin xidmətlərindən yararlanır. O, toxuculuq, dərzilik və xalçaçılıqla maraqlandığını, gələcək karyerasını qurmaq üçün incəlikləri öyrənmək istədiyini deyib: "Burada, həmçinin özümə dostlar qazanıram, ünsiyyət qururam. Mərkəz mənə çox yaxşı təsir edir. Mən belə bir yerin mövcudluğunu sosial şəbəkələrdən öyrənmişdim. Məlumat topladım və bura müraciət etdim. Burada müəllimələrlə, yeni dostlarla tanış oldum. Müəllimlərimiz bizim üçün böyük zəhmət çəkirlər. Öyrənmək istədiyim çox şey var. Kuklalar toxumağa başlamışam. Daha müasir əl işləri öyrənmək istəyirəm. Direktorumuza gözəl bir əl işi hədiyyə etmək istəyirəm. O, mənim üçün çox dəyərlidir. Bizə əsl ana qayğısı, sevgisi göstərir".

İki aydır mərkəzdə peşə bacarıqlarına yiyələnən iyirmi altı yaşlı Kamran Atababayev uşaqlıqdan əl işlərinə marağı olduğunu və ilk dəfə xalça toxuduğunu deyib: "Xalça toxumağa başlamağa qərar verə bilmirdim və ilk dərsdən sonra bu işə başlayacağıma dair qərara gəldim. İlk əl işimi müəlliməmə hədiyyə edəcəyəm. Bundan başqa, musiqi sahəsi, ağac üzrə oymaya da böyük marağım var".

Mərkəzdə gənclərə ağac üzrə oyma sənətinin incəliklərini öyrədən Azər Əsədov 2014-c ildən burada işlədiyini və fiziki məhdudiyyətlərin həvəsi, bacarığı olan kimsəyə həmin sahəni öyrənməyə əngəl olmadığını bildirib: "Çətin peşə deyil. Buraya müraciət edən gənclərin bacarığına uyğun material seçirik. Bir əsərin ərsəyə gəlməsi şəxsin bacarığından asılıdır. Yəni qısa müddətdə də, uzun zaman ərzində də işi təhvil verə bilər. Sonra burada xidmət alanların əl işləri qiymətləndirilir. Tam bacarıqlıları ABAD-a, bir çoxları sərgilərə yönləndiririk. Mərkəzin yetirmələrindən evdə əl işləri hazırlayıb gəlir əldə edənlər də var. Nisbətən zəif götürmə qabiliyyəti olanlar ikinci dəfə müraciət edir və biz onlara yenidən şərait yaradırıq. Qavrama qabiliyyətindən asılı olaraq sənətin sirlərini minimum öyrənmə periodu 6 aydır. Masa suvenirləri 2-3 günə hazır olur. Böyük işləri imtahan üçün hazırlayırlar və bir az uzun zaman alır".

Ağstafa rayonundan gələn iyirmi yaşlı Məhəmmədli Zeynalov mərkəzdə bədii oyma peşəsini öyrənir. O, hazırda Qobustan qayalarının nümunəsini hazırlayır. "Altı ay mərkəzdə peşə hazırlığı kursundan keçmişəm. Artıq ikinci dəfədir burada kurslara qoşuluram. Daha yeni bir sahələr öyrənmək istəyirəm. Evdə də məşğul olur, əl işlərimi sərgilərdə nümayiş etdirirəm".

On səkkiz yaşlı Fərrux Qayıbovun isə milli musiqi alətlərini hazırlamağa üstünlük verir. O, deyir ki, burada hər xırdalığı öyrənmək və əl işlərini doğmalarına hədiyyə etmək, o cümlədən sifarişlər hazırlamaq istəyir".

Sonda media nümayəndələrinə mərkəzdə xidmət alan vətəndaşların əl işlərindən ibarət hədiyyələr təqdim olunub.

Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə mediatur təşkil olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir