“ƏLİYEV BAKIDA TƏMİZLƏMƏ APARIR”
Ölkənin nüfuzlu “Le Fiqaro” qəzetində dərc olunmuş “Əliyev Bakıda təmizləmə aparır” sərlövhəli yazıda 1996-cı ildən Amerikada sığınacaq tapmış Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin oktyabr ayının 17-də Bakıya gəlmək istəyi və onun bu səfəri ilə bağlı cərəyan edən hadisələrə toxunulmuş, R.Quliyevin vəzifəsindən sui-istifadə edərək, dövlətə 100 milyon dollardan artıq zərər vurduğu və buna görə haqqında cinayət işi qaldırıldığı göstərilmişdir.
Korrupsiyaya qurşanmış, Rəsul Quliyevi dəstəkləyən, ona maliyyə yardımı göstərən dövlət məmurlarından keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və səhiyyə naziri Əli İnsanovun niyyətlərinin qarşısının alınması və həbs olunmaları məqalədə öz əksini tapmışdır.
Məqalənin müəllifi İrina de Şixov Azərbaycan Prezidentinin kadr dəyişikliklərini ölkədə sabitliyin qorunması sahəsində addım kimi qiymətləndirmiş, növbəti məğlubiyyətdən özünü itirmiş müxalifətin xalq kütləsini R.Quliyevin müdafiəsinə qaldırmaqda çox aciz olduğunu vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]