“Elm günləri” çərçivəsində növbəti tədbir: İslam maliyyə sistemi
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri” çərçivəsində martın 18-də “İslam maliyyə sistemi” mövzusunda növbəti tədbir keçiriləcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə təşkil olunacaq tədbirdə mərkəzin tədqiqatçısı Əfqan Musayev İslam maliyyə sisteminin fəlsəfəsi, təfsiri, əsas subyektləri, tərəfdaşları, müqavilələri, borc münasibətləri barədə təqdimatla çıxış edəcək.
Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
Onlayn seminara “Zoom” platforması üzərindən https://zoom.us/j/97182157247 linki vasitəsilə qoşulmaq mümkündür. Seminar UNEC-in rəsmi “Facebook” səhifəsi üzərindən də canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:55]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:50]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]